“Barselona” və "Atletik" uduzdu - Çempionlar liqası

img

01-10-2014 [10:18]


Ötən gün UEFA Çempionlar Liqasında 2-ci tura start verilib. Simsar.az xəbər verir ki, 4 qrupda 8 qarşılaşma baş tutub.

Günün ən maraqlı matçlarından biri Fransada yaşanıb. Burada PSJ "Barselona”nı qəbul edib. Gərgin mübarizənin yekununda sevinən tərəflər meydan sahibləri olublar. 

Turnirin favoritlərindən "Bavariya” isə bu tur Moskvaya səfər edib. CSKA ilə üz-üzə gələn Münhen təmsilçisi qələbəni bir qolla əldə edib.

Qrupun digər oyununda isə "Mançester Siti” "Roma”nın müqavimətini qıra bilməyib. 

Gecənin sensasiyası Belarusda baş tutub. BATE "Atletik Bilbao” ilə oyunda qələbə qazanmaqla qrupda ikinci pilləyə yüksəlib.

E qrupu

21:00. CSKA (Moskva, Rusiya) -  "Bavariya" (Almaniya) - 0:1

Qol: Tomas Müller, 22-pen (0:1)

 

23:45. "Mançester Siti" (İngiltərə)  - "Roma" (İtaliya) - 1:1

Qollar: Aquera, 4 (1:0), Totti, 23 (1:1)

F qrupu

23:45.  APOEL (Kipr) - "Ayaks" (Hollandiya)  - 1:1

Qollar: Andersen, 28 (1:0), Manduka, 31 (1:1)

23:45. PSJ (Fransa) - "Barselona" (İspaniya)  - 3:2

Qollar: David Luiz, 10 (1:0), Lionel Messi, 12 (1:1), Veratti, 27 (2:1), Matuidi, 54 (3:1), Neymar, 56 (3:2)

G qrupu

23:45.  "Şalke" (Almaniya) - "Maribor" (Sloveniya)  - 1:1

Qol:Bohar, 37 (0:1)

 

23:45.  "Sportinq" (Portuqaliya) - "Çelsi" (İngiltərə)  - 0:1

Qol: Matiç, 34 (0:1)

H qrupu

23:45.  BATE (Belarus) - "Atletik" (Bilbao, İspaniya)  - 2:1

Qol:Polyakov, 19 (1:0), Karnitiskaya, 41 (2:0), Aduriz, 45 (2:1) 

23:45. "Şaxtyor" (Donetsk, Ukrayna) - "Portu" (Portuqaliya)   - 2:2

Qollar: Alex, 52 (1:0), Adriano, 86 (2:0) Martinez, 89 (2:1), 90+4, (2:2)

Simsar.az


Digər xəbərlər
SON XƏBƏRLƏR
12:23 08.03.2026

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA