Dünya çempionu: “Ukraynada pul yoxdur, Bakıya gəlirəm...”

img

17-09-2014 [13:46]


Tanınmış ukraynalı idmançı, avarçəkmə üzrə dünya çempionu, olimpiya oyunlarının gümüş və bürünc mükafatçısı İnna Osipenko-Radomskaya bundan sonra Azərbaycan yığmasında çıxış etmək barədə qərar verib.

Virtualaz.org saytı Ukrayna mətbuatına istinadən xəbər verir ki, idmançının bu addımı atmasına səbəb maddi problemlərdir.

"Elə vəziyyətlər yaranır ki, vətənpərvərliyi bir kənara qoymalı olursan. Bu il yanvarın 1-dən etibarən biz bir qəpik də pul ala bilməmişik. Bəs necə yaşayaq? Ac qalmaq olmur axı. Bütün təlim-məşq toplanışlarını və məşqləri öz hesabımıza yola vermişik. Daha səbrimiz tükənib. Bütün ailəmiz bu idman növü ilə məşğuldur. Mən idmançıyam, ərim isə məşqçi. Əgər ərim biznesmen olsaydı, məni maliyyələşdirərdi. Onda bu problemi dilimə də gətirməzdim” - deyə İ.Osipenko-Radomskaya bildirib.

İdmançının sözlərinə görə, indi ona çox ölkədən onların milli komandasında çıxış etməklə bağlı dəvətlər gəlir: "Təkcə Azərbaycandan yox, Slovakiya və Rusiyadan da belə təkliflər almışam. Mən Ukraynanı sevirəm, amma indiki vəziyyət məni həyat tərzimi dəyişməyə məcbur edir. 2016-cı ildə Rio-de-Janeyroda keçiriləcək olimpiya oyunlarında medallar uğrunda mübarizə aparmağı çox istəyirəm. Orada Azərbaycan yığmasının heyətində çıxış etməyi planlaşdırıram. Rusiya barədə soruşsanız, yox, mən vətənpərvərəm insanam, Ukraynanı çox sevirəm. Buna görə də Rusiya yığmasında oynamaq barədə heç düşünmürəm də...”

Digər xəbərlər
SON XƏBƏRLƏR
12:23 08.03.2026

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA