Ədliyyə naziri ən çox şikayət olunan müəssisənin rəisini vəzifədən çıxardı - Əhəd Abdiyevə etimad göstərildi

Ədliyyə naziri ən çox şikayət olunan müəssisənin rəisini vəzifədən çıxardı - Əhəd Abdiyevə etimad göstərildi

GÜNDƏM

Bugün, 12:02

Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin İxtisaslaşdırılmış müalicə müəssisəsinin rəisi vəzifəsinə müvəqqəti təyinat olub.

Məlumata görə, Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin İxtisaslaşdırılmış müalicə müəssisəsinin rəisi vəzifəsi müvəqqəti olaraq Əhəd Abdiyevə həvalə edilib.
Bu barədə bir müddət əvvəl ədliyyə naziri Fərid Əhmədov müvafiq əmr imzalayıb.
Qeyd edək ki, Əhəd Abdiyev bundan əvvəl Ədliyyə Nazirliyi Penitensiar Xidməti Bakı İstintaq Təcridxanasının rəis müavini vəzifəsində çalışıb/Qaynarinfo.
Xatırladaq ki, ictimaiyyətn nüfuzlu nümayəndəəri və dustaqlar bu müəssisədəki yarıtmaz vəziyyətdən şikayətlənirlər. Son aylar burada baş verən neqativ hallar isə pik həddə çatıb.
MİA.AZ

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR