ÇİN LİDERİ 2 SAATLIQ GÖRÜŞDƏN SONRA TRAMPA BELƏ DEDİ: “Müharibə edə bilərik”

ÇİN LİDERİ 2 SAATLIQ GÖRÜŞDƏN SONRA TRAMPA BELƏ DEDİ: “Müharibə edə bilərik”

GÜNDƏM

Bugün, 09:20

“Əgər Tayvan məsələsində yanlış addımlar olarsa, tərəddüdsüz müharibə edə, döyüşə bilərik”

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu sözləri Pekində səfərdə olan ABŞ prezidenti Trampla 2 saatdan uzun çəkən tarixi görüşdən sonra keçirilən brifinqdə Çin lideri Si Cinpin elə Trampın üzünə baxaraq deyib.

Çin lideri üzünü Trampa tutaraq “Əgər Tayvan məsələsinə düzgün yanaşma olmaza, biz hər şeyə hazırıq. İki ölkə bu məsələdə münaqişə riski ilə üz-üzədir. Tayvan məsələsi Çin-ABŞ münasibətlərində ən vacib məsələdir. Bu, Çin-ABŞ münasibətlərini son dərəcə təhlükəli vəziyyətə sürükləyə bilər", - deyə xəbərdarlıq edib.

Si Cinpin Trampın Tayvana 2025-ci ilin dekabrında 11 milyard dollarlıq silah müqaviləsinə işarə vuraraq bunun münasibətlərinə çox pis təsirini qabardıb: “Ümid edirik ki, ABŞ bu yanlışından geri dönəcək”.

Samir MUSAYEV

MİA.AZ

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR