Vüqar Rəhimzadə: "Minsk qrupu tarixdə riyakarlığın, ikili standartların və neokolonial düşüncənin simvolu kimi qalacaq"
SİYASƏT
13.05.2026, 22:14
"Otuz ilə yaxın müddətdə Azərbaycan torpaqlarının işğal altında qalması yalnız Ermənistanın təcavüzkar siyasətinin nəticəsi deyildi. Bu proses həm də beynəlxalq təşkilatların, xüsusilə ATƏT-in Minsk qrupunun yarıtmaz fəaliyyəti, ikili standartlara əsaslanan yanaşması və böyük dövlətlərin geosiyasi maraqları səbəbindən uzandı. 44 günlük Vətən müharibəsi göstərdi ki, Azərbaycan xalqına illərlə “münaqişənin hərbi həlli yoxdur” deyən beynəlxalq vasitəçilər əslində status-kvonun qorunmasına xidmət edirmişlər. Azərbaycan isə tarixi Qələbəsi ilə təkcə öz ərazi bütövlüyünü bərpa etmədi, həm də Minsk qrupunun diplomatik iflasını bütün dünyaya nümayiş etdirdi".
Mia.az xəbər verir ki, bu fikirləri Milli Məclisin deputatı Vüqar Rəhimzadə KİV-ə açıqlamasında bildirib.
Milli Məclisin deputatı vurğulayıb ki, ATƏT-in Minsk qrupu yaradılarkən formal olaraq Qarabağ münaqişəsinin həlli üçün vasitəçilik missiyası daşıyırdı. Lakin illər keçdikcə məlum oldu ki, bu qurum problemin həllindən daha çox onun dondurulmasında maraqlıdır. ABŞ, Rusiya və Fransa kimi BMT Təhlükəsizlik Şurasının (TŞ) daimi üzvləri olan həmsədr dövlətlər beynəlxalq hüququn təminatçısı olmaq əvəzinə, selektiv yanaşma nümayiş etdirirdilər. Azərbaycanın ərazi bütövlüyünü tanıyan və Ermənistan qoşunlarının işğal olunmuş ərazilərdən dərhal çıxarılmasını tələb edən BMT Təhlükəsizlik Şurasının qətnamələri də kağız üzərində qalırdı. Bu məqamda sual olunur: Nə üçün 2011-ci ildə Minsk qrupunun həmsədrlərindən biri olan Fransa BMT TŞ-nin qətnaməsini 48 saat ərzində həyata keçirdi, Liviyanı bombaladı, lakin Qarabağla bağlı qətnamələr 30 ilə yaxın icrasını gözlədi? Şübhə yoxdur ki, əgər həmin qətnamələr başqa bir regionla bağlı olsaydı, böyük ehtimalla dərhal icra ediləcəkdi. Lakin söhbət Azərbaycandan gedəndə beynəlxalq hüquq “mürəkkəb diplomatik proses” adı altında illərlə təxirə salındı. Bu, beynəlxalq münasibətlər sistemində ikili standartların ən açıq nümunələrindən biri idi. Prezident İlham Əliyev dəfələrlə bu həqiqətləri beynəlxalq tribunalardan səsləndirərək Minsk qrupunun qərəzli fəaliyyətini sərt tənqid edib. 44 günlük müharibədən sonra isə həmsədrlərə açıq şəkildə bildirdi ki, artıq onlara ehtiyac qalmayıb və Azərbaycan onları ölkəyə dəvət etmir.
Minsk qrupunun ən çox təkrarladığı tezis “münaqişənin hərbi həlli yoxdur” fikri idi. Əslində isə bu yanaşma Azərbaycanın işğalla barışmasına hesablanmışdı. Həmsədrlər kompromis adı altında Azərbaycana təslimçi sülh modeli qəbul etdirmək istəyirdilər. Hətta “Şimali Qarabağ” kimi uydurma terminlər ortaya atılırdı ki, bu da Azərbaycanın suverenliyinə qarşı açıq hörmətsizlik idi. Bu illər ərzində Azərbaycan şəhərləri dağıdılır, kəndlər viran qoyulur, məscidlər təhqir edilir, mədəni irs məhv olunurdu. İşğal olunmuş ərazilərdə qanunsuz məskunlaşma aparılır, təbii sərvətlər talan edilirdi. Lakin Minsk qrupu bütün bunlara ya susur, ya da formal bəyanatlarla kifayətlənirdi.
Vüqar Rəhimzadə diqqətə çatdırıb ki, həmsədrlərin bölgəyə saysız-hesabsız səfərləri nəticəsiz “diplomatik turizm”dən başqa bir şey deyildi. Xüsusi nümayəndə Anji Kasprşik isə illərlə bu prosesə yüksək maaşlı və rahat bir fəaliyyət sahəsi kimi yanaşdı. 2020-ci ildə Azərbaycan Ordusu cəmi 44 gün ərzində həm Ermənistan ordusunu darmadağın etdi, həm də Minsk qrupunun illərlə yaratdığı mifləri dağıtdı. Azərbaycan öz gücü hesabına BMT qətnamələrini icra etdi və beynəlxalq hüququn işləmədiyi yerdə tarixi ədaləti özü təmin etdi. Bununla da Minsk qrupu diplomatiya tarixində uğursuzluğun, riyakarlığın və ikili standartların simvoluna çevrildi.
Millət vəkili
bildirib ki, regionda davamlı sülhün qarşısını alan əsas amillərdən biri də Ermənistanın
müstəqil siyasət yürütmək qabiliyyətinin
olmamasıdır. Tarix boyu müxtəlif güclərin himayəsinə sığınan Ermənistan
bu gün də xarici dairələrin geosiyasi planlarında alət rolunu oynayır. Bir vaxtlar
Rusiyanın təsiri altında olan İrəvan indi Fransanın regiondakı siyasətinin əsas
dayaqlarından birinə çevrilib. Xüsusilə Fransanın Cənubi Qafqazda təsir
imkanlarını genişləndirmək üçün Ermənistanı istifadə etməsi açıq görünür.
Parisin neokolonial yanaşması yalnız Afrikada deyil, artıq Qafqaz siyasətində də
hiss olunur. Fransa Prezidenti Emmanuel Makron isə anti-Azərbaycan ritorikası
ilə regionda sülhə deyil, gərginliyə xidmət edən mövqe sərgiləyir. Prezident
İlham Əliyevin Zəngilanda sakinlərlə görüşündə dediyi kimi, gücləri var idisə,
elə 2020-ci ildə kömək edərdilər də Ermənistana. Bu gün Ermənistana gəlib özünü
saxta qəhrəman kimi göstərən bəzi xarici liderlər 2020-ci ildə elə həmin liderlər
idi də öz ölkələrində hakimiyyət başında, gəlib yiyə duraydılar da Ermənistana.
Boşboğazlıqdan başqa heç nə yoxdur. Onların da işi-gücü boşboğazlıqdır, ona görə
öz ölkələrində onların dəstək əmsalı 10-15 faizdir. İndi guya ki, Ermənistanı
bizim əlimizdən onlar çıxarıb xilas ediblər. Bizim Ermənistanı məhv etmək niyyətimiz
yox idi, Ermənistanın müstəqilliyini onun əlindən almaq niyyətimiz yox idi.
Vüqar Rəhimzadə bildirib ki, 44 günlük Vətən müharibəsi yalnız hərbi Qələbə deyildi. Qarabağ Zəfəri göstərdi ki, milli birlik, güclü siyasi iradə və müstəqil siyasət istənilən beynəlxalq təzyiqi neytrallaşdırmağa qadirdir. Bu Zəfər, həmçinin Qafqazda 200 illik ədalətsiz status-kvonu dağıtdı və regionda yeni geosiyasi reallıq yaratdı. Artıq regional gündəliyi Bakı və Ankara müəyyən edir. Prezidentlər İlham Əliyev və Rəcəb Tayyip Ərdoğan bölgədə sülhün, təhlükəsizliyin və əməkdaşlığın əsas memarlarına çevriliblər. Reallıq ondan ibarətdir ki, bu gün Azərbaycan Ermənistanla sülh prosesinin əsas təşəbbüskarıdır. Rəsmi Bakı davamlı sülh müqaviləsinin imzalanmasını dəstəkləyir və regionda uzunmüddətli sabitliyin təmin olunmasını istəyir. Lakin, eyni zamanda, Ermənistanda revanşist qüvvələrin fəallaşması və Avropa İttifaqının (Aİ) missiyası adı altında bölgədə yeni təsir mexanizmlərinin yaradılması ciddi suallar doğurur. Xüsusilə Fransanın dəstəklədiyi Aİ missiyası bölgədə etimadın güclənməsinə yox, yeni gərginlik ocaqlarının yaranmasına xidmət edir. Əlavə gərginlik ocaqlarının yaradılmasına ehtiyac yoxdur. Çünki bu gün dünya yeni geosiyasi böhranlarla üz-üzədir. İran-İsrail-ABŞ qarşıdurması, Hörmüz boğazı ətrafındakı risklər, enerji və ərzaq qiymətlərinin artması qlobal iqtisadiyyata ciddi təsir göstərir. Dünya neftinin təxminən 20 faizinin keçdiyi Hörmüz boğazında yaranan təhlükə beynəlxalq bazarlarda ciddi narahatlıqlar yaradır.
Milli Məclisin deputatı bir məqamı xüsusi qeyd edib ki, hazırki müharibələr və qarşıdurmalar fonunda Azərbaycan daxilində qorunan sabitlik və təhlükəsizlik xüsusi əhəmiyyət daşıyır. Azərbaycan bu gün təkcə regionun güclü dövləti deyil, həm də etibarlı tərəfdaş və təhlükəsizlik təminatçısıdır.
Millət vəkili bu ümumiləşdirməni aparıb ki, ATƏT-in Minsk qrupu tarixə uğursuz vasitəçilik modeli kimi düşdü. Onun fəaliyyəti beynəlxalq diplomatiyanın necə siyasi maraqlara tabe olduğunu açıq şəkildə göstərdi. Otuz il ərzində həll olunmayan problem Prezident İlham Əliyevin siyasi iradəsi və Azərbaycan Ordusunun gücü sayəsində cəmi 44 gündə həll edildi. Bu Qələbə yalnız Azərbaycanın deyil, beynəlxalq hüququn da Qələbəsi oldu. Minsk qrupu isə tarixdə diplomatik riyakarlığın, ikili standartların və neokolonial düşüncənin simvolu kimi qalacaq. Azərbaycanın yaratdığı yeni reallıq artıq geri dönüşü olmayan siyasi və tarixi həqiqətdir.
Dİgər xəbərlər
SON XƏBƏRLƏR
-
Trampın Çinə səfərinə damğa vuran sensasion tarixi hadisə... - Dövlət katibinin sənəddə adı niyə dəyişdirilib?
Bugün, 00:04 GÜNDƏM
-
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Bugün, 00:01 CƏMİYYƏT
-
Küveyt İran gəmisini vurdu – Rəsmi Tehrandan açıqlama
13.05.2026, 22:15 DÜNYA
-
Vüqar Rəhimzadə: "Minsk qrupu tarixdə riyakarlığın, ikili standartların və neokolonial düşüncənin simvolu kimi qalacaq"
13.05.2026, 22:14 SİYASƏT
-
"Sabah" daha bir tarixi uğura imza atdı
13.05.2026, 22:06 İDMAN
-
Bakıda 28 marşrutun hərəkət sxemi dəyişir - SİYAHI
13.05.2026, 21:51 GÜNDƏM
-
Rusiya britaniyalı naziri axtarışa verdi
13.05.2026, 19:36 DÜNYA
-
Səudiyyə Ərəbistanına 860 min nəfər axın edib – Həcc ziyarəti üçün
13.05.2026, 19:05 DÜNYA
-
Aparıcı Səidə Bəkirqızı qəzaya düşdü - VİDEO
13.05.2026, 18:57 KRİMİNAL
-
Azərbaycanda saxlanılan Hindistan vətəndaşı ölkəsinə təhvil verilib
13.05.2026, 18:27 KRİMİNAL
-
"Nə saytı var, nə də nömrəsi..." - Səhiyyə Nazirliyinin tenderi müzakirəyə səbəb oldu
13.05.2026, 18:09 İQTİSADİYYAT
-
Azərbaycan və Özbəkistan HHQ nümayəndələri arasında görüş olub
13.05.2026, 18:02 GÜNDƏM
-
"Birmarket"in işi tam şəkildə bərpa olunub: "Satıcılarımıza dəyən zərər kompensasiya ediləcək"
13.05.2026, 17:44 İQTİSADİYYAT
-
Şuşada “Xarıbülbül” Beynəlxalq Musiqi Festivalı başlayır
13.05.2026, 17:38 MƏDƏNİYYƏT
-
Daha çox şikayət olunan banklar: "Yapı Kredit Bank", "Unibank", "Expressbank", "Yelo Bank"...
13.05.2026, 17:21 İQTİSADİYYAT
-
Məşhur generalın xanımı vəkilliyə başlayıb
13.05.2026, 17:15 CƏMİYYƏT
-
Partiya sədri: “Prezidentlə görüşməmişəm, danışmamışam”
13.05.2026, 17:07 SİYASƏT
-
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
13.05.2026, 17:00 İQTİSADİYYAT
-
Prezident fərman imzaladı - Dəyişiklik
13.05.2026, 16:57 GÜNDƏM
-
DÜNYANIN GÖZÜ ÇİNDƏ: Tramp 8,5 ildən sonra Çində elə qarşılandı ki... - VİDEO, FOTO (YENİLƏNİB)
13.05.2026, 16:49 GÜNDƏM
-
Filippin parlamentində atışma olub (YENİLƏNİB)
13.05.2026, 16:38 DÜNYA
-
Axtarışda olan aktyor saxlanıldı – İstanbulda + FOTO
13.05.2026, 16:29 MƏDƏNİYYƏT
-
Bəzi rayonlarda külək güclənəcək - Xəbərdarlıq
13.05.2026, 16:17 GÜNDƏM
-
"Biləsuvar" - "Şəfəq" və "Zəngəzur" - "Marafon" oyunlarının vaxtı bəlli oldu
13.05.2026, 16:06 İDMAN
-
"Nar" WUF13 çərçivəsində inklüziv təcrübə proqramı iştirakçılarını təltif edib - FOTOLAR
13.05.2026, 15:59 İQTİSADİYYAT
-
Mauro İkardi "Qalatasaray"dan ayrılır
13.05.2026, 15:45 İDMAN
-
Statistika Komitəsində dəyişiklik - Yeni sədr özünə müşavir götürdü
13.05.2026, 15:32 İQTİSADİYYAT
-
Saleh Səmədov ev dustaqlığına buraxılmadı - Məhkəmə iclası
13.05.2026, 15:19 SİYASƏT
-
21 il sonra komanda ÇL-yə vəsiqə qazandı – Ulduz furtbolçu ağladı
13.05.2026, 15:10 İDMAN
-
Medianın İnkişafı Agentliyi jurnalistlər üçün müsabiqə elan edib - Şərtlər
13.05.2026, 14:52 PRESS
-
Emin Əmrullayev imtahanlarla bağlı əmr imzalayıb
13.05.2026, 14:37 GÜNDƏM
-
Səhiyyə Nazirliyi "General Hospital"da araşdırmaya başlayıb
13.05.2026, 14:31 CƏMİYYƏT
-
Tahir Kərimli şeir yazdı: “Həyat, nə üçün bu qədər incitdin məni?”
13.05.2026, 14:27 MƏDƏNİYYƏT
-
Deputat: "Bizim mətbəximizdə dolmadır, bozbaşdır, lülə kababdır, bundan başqa hansı var?" - MÜSAHİBƏ
13.05.2026, 14:10 SİYASƏT