Pezeşkian: “Bizim iqtisadiyyatımızı məhv etmək isrəyirlər”

Pezeşkian: “Bizim iqtisadiyyatımızı məhv etmək isrəyirlər”

DÜNYA

Bugün, 14:53

“Düşmənlərimiz İranın iqtisadiyyatına təzyiqi artırmaq, onu məhv etməyə çalışmaqla ictimai narazılıq yaratmaq istəyirlər”.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bunu İran Prezidenti Məsud Pezeşkian Tehranda hökumət üzvlərinin iştirakıyla keçirilən müşavirədə deyib.

Ölkədəki hazırkı iqtisadi vəziyyət, qiymət dalğalanmalar, inflyasiyaya qarşı mübarizə, müharibə şəraitində zəruri malların təchizatı və istehsal sektorunun müzakirə edildiyi müşavirədə dövlət başçısı çıxış edərək bildirib ki, müharibə şəraitində vergi, paylaırn şəffaf bölünməsi, qiymət sahəsindəi anarxiyanın nəzarətdə saxlanılması və sair məsələlər çox vacibdir: “Cəmiyyətin əsas ehtiyacları müəyyən edilməlidir. Tələb və təklif balanslaşdırılmalıdır. Düşmənin ictimai narazılıq yaratmaq strategiyası ilə hərəkət etdiyini bilirik, buna şərait yaratmamalıyıq”.

Tahir Şəlvəli

MİA.AZ

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR