AAYDA sədri elə nüfuzlu şəxsin qardaşını işdən çıxardı ki... - Agentlikdə gözlənilməz dəyişikliklər

AAYDA sədri elə nüfuzlu şəxsin qardaşını işdən çıxardı ki... - Agentlikdə gözlənilməz dəyişikliklər

GÜNDƏM

Bugün, 15:34

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə (AAYDA) məxsus "19 №-li Yol İstismarı" MMC-nin direktoru Şahlar Vəliyev vəzifəsindən azad olunub.

Mia.az "İqtisadiyyat.az"a istinadla xəbər verir ki, bununla bağlı AAYDA-nın İdarə Heyətinin sədri Vüsal Nəsirli əmr imzalayıb.

Məlumata görə, "19 №-li Yol İstismarı" MMC-yə rəhbərlik İntiqam Həsənova həvalə olunub.

Ş.Vəliyev təqaüd yaşına çatdığına görə vəzifəsindən azad edildiyini bildirib.

Xatırladaq ki, Şahlar Rüstəm oğlu Vəliyev 1958-ci ildə Yevlax şəhərində anadan olub. O, 2018-ci ilin mart ayından "19 №-li Yol İstismarı" MMC-yə rəhbərlik edirdi, daha əvvəl 2011-18-ci illərdə isə Yevlax Telekommunikasiya İdarəsinin rəisi vəzifəsində çalışıb.

Qeyd edək ki, Ş.Vəliyev Azərbaycanın sabiq hərbi prokuroru, ədliyyə general-leytenantı, Konstitusiya Məhkəməsinin hakimi Xanlar Vəliyevin qardaşıdır.

MİA.AZ

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR