AAYDA gündəmdən düşmür: 500 minlik toy, böyük sərvətlər və traybalizm...

AAYDA gündəmdən düşmür: 500 minlik toy, böyük sərvətlər və traybalizm...

CƏMİYYƏT

Bugün, 11:00

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyində (AAYDA) sədr dəyişikliyindən sonra bu qurum medianın gündəmindən düşmür.

Mia.az 7news.az-a istinadla xəbər verir ki, bu dəfə AAYDA-nın) maliyyə idarəsinin rəisi Müseyib Həmzəyev oğluna etdiyi təmtəraqlı 500 minlik toy və digər məqamlar ilə gündəmi zəbt edib,

Sözügedən saytın məlumatına əsasən, qurumun baş maliyyəçisi Müseyb Həmzəyev agentlikdə sabiq sədr Saleh Məmmədovun "maliyyə piramidası”da müstəsna rol oynayıb: 

"Müseyib Həmzəyev təkcə oğluna etdiyi təmtəraqlı toyla gündəmə gəlməyib. O, mütəmadi olaraq zəngin həyat tərzi ilə bağlı media orqanlarının gündəliyini zəbt edib. Belə ki, sosial mediada yayılan başqa bir məlumata görə təmtəraqlı toy məclisindən bir müddət əvvəl Müseyib Həmzəyev özünə 650 min manata (380 min dollara) son model Lexus LX 600 avtomobili alıb. 2022-ci ildən istehsalına başlanılan bu Lexus markalı LX 600 avtomobili öz komfortluluğu ilə seçilir. Sosial şəbəkələrdə yayılan məlumatlarda qeyd edilir ki, Müseyib Həmzəyevin Lexus LX 600 avtomobili xüsusi hazırlanmış modellərdəndir ki, Azərbaycanda bu avtomobildən cəmi 5 ədəd var. (https://poliqon.info/amp/?id=606312) Həmçinin Poliqon-nun bildirdiyinə görə Müseyib Həmzəyev Binəqədi-Novxanı yolunun yaxınlığıda, dəniz sahilində "Rest Time Restorant”ın da sahibidir. Restoran Novxanının ən lüks istirahıt mərkəzlərindən biri olaraq tanınır. Müseyib Həmzəyevin Novxanıda həm də böyük ərazini əhatə edən yan-yana olan özü və övladları üçün ayrı-ayrılıqda 3 villası var. Eyni zamanda, ağ şəhərdə, Premium binada, eyni blokda 3 ayrı-ayrı 800 kv.m, 550 kv.m və 370 kv.m olan mənzilləri var. Port Bakuda 150 kv.m lik mənzili var. Müseyib Həmzəyeyev Bakı şəhərində dükan, mağaza, və bir çox daşınmaz əmlak sahibidir. Onun Qəbələ və Qusar rayonlarında da villaları vardır. 

Müseyib Həmzəyev - vaxtilə Arif Əsgərovun rəhbərlik etdiyi Azərbaycan Dəmir Yolları idrəsində də baş vermiş bütün maliyyə pozuntularına birbaşa memarlıq etmiş, ayrılmış dövlət büdcəsinin "anasını ağlar” qoymuş” koorrupsaner vəzifə sahibi olub. Media üzərindən apardığımız araşdırmalara görə, Cavid Qurbanovun rəhbərliyi dönəmində Azərbaycan Dəmir Yolları QSC-də nisbətən qayda qanunun yaranmasından sonra M.Həmzəyev xidmət rəisi Elşən Məmmədovla birlikdə "Azəravtoyol” ASC-yə transfer oldular. Doğrudur, qısa müddət ərzində Elşən Məmmədov yenə də güvəndiyi keçmiş Nəqliyyat nazirinə arxalanaraq özbaşnalıq etmək istərkən Müseyib Həmzəyev fürsətdən istifadə edərək onunla birlikdə milyonlar qazandığı xidmət rəisi E.Məmmədovu "baqaja” qoyaraq onu rəhbərliyə asanlıqla satan şəxslərdəndir. Museyib Həmzəyev Bakıda 50 yaxın evi, çox sayda obyektlər və dükanlar eləcədə  bir neçə resoran, 5 yaxın villa nəhayət, bir neçə dəbdəbəli baxçalı malikanələrə sahibdiir".
Saytın məlumatına görə, Müseyib Həmzəyevin qardaşı oğlu Zaur Həmzəyev də AAYDA-da işləyib və onun güvəndiyi qohumudur: "O, AAYDA-nin "Bakı 1 №-li Yol İstismari” MMC-nin rəhbəri olub. Zaur Həmzəyevin rəhbərliyi dövründə MMC-nin dövlətə 715 318 AZN vergi borcu olub və araşdırılır.  Zaur Həmzəyev AAYDA-nın baş maliyyəçisi Müseyib Həmzəyevin Agenntlikdə işləyən yeganə qohumu deyil.
Belə ki, Həmzəyevin vəzifə tutan yaxın qohumlarının siyahısını təqdim edirik:
– Zaur Həmzəyev: Müseyib Həmzəyevin əmisi oğludur. O, 1 saylı Yol İstismar İdarəsinin müdiri postunu tutur.
– Araz Bəndəliyev: Həmzəyevin xalası oğludur. Hazırda 10 saylı Xüsusi Təyinatlı Yol İstismar İdarəsinin rəhbəri vəzifəsində çalışır;
– Toğrul Həmzəli: Müseyb Həmzəyevin qardaşı oğludur. O, 9 saylı Yol İstismar İdarəsinin baş mühasibi postuna sahibdir;
– Təhminə Həmzəyeva: Müseyb Həmzəyevin bacısıdır. AAYDA-nın Əməyin Təşkili şöbəsinin müdiridir;
– Mətanət Həmzəyeva: Sözügedən şəxsin bacısıdır. Hazırda
"Azəryolelmitəhqiqatlayihə” İnstitutunun baş mühasibi işləyir;
– Dilavər Həmzəyev: AAYDA Maliyyə İdarəsi rəisinin yeznəsidir. O, 1 saylı Yaşıllaşdırma İdarəsinin müdir müavinidir;
– Ustubat Niftəliyev: Həmzəyevin yeznəsidir. 3 saylı Yaşılllaşdırma İdarəsinin rəisi."
Qarşı tərəfin mövqeyini də xəbərə əlavə etməyə hazırıq.

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR