Mərkəzi Bank uçot dərəcəsi ilə bağlı qərar verdi - "İnflyasiya artacaq..."
İQTİSADİYYAT
Bugün, 10:09
Azərbaycan Mərkəzi Bankının İdarə Heyəti uçot dərəcəsinin 6,5 % səviyyəsində saxlanılması barədə qərar qəbul edib.
Mia.az xəbər verir ki, bu barədə bank məlumat yayıb.
Bildirilib ki, faiz dəhlizinin aşağı həddi 5,5 %, yuxarı həddi isə 7,5 % səviyyəsində saxlanılıb: "Faiz dəhlizi ilə bağlı qərar qəbul olunarkən faktiki və proqnozlaşdırılan inflyasiyanın hədəf daxilində olması, qlobal geosiyasi gərginliklərin yaratdığı risklər, qlobal maliyyə konyunkturu və daxili makroiqtisadi mühit, eləcə də pul siyasəti qərarlarının real sektora ötürücülüyü əsas götürülüb. Faiz dəhlizinin parametrləri ilə bağlı növbəti qərar barədə məlumat iyunun 24-də ictimaiyyətə açıqlanacaq. Qərar inflyasiya proqnozunun dəyişimi, habelə makroiqtisadi təhlillərin nəticələri əsasında veriləcək. İnflyasiya proqnozunun hədəfdən kənarlaşması riski yarandığı təqdirdə adekvat siyasət tədbirləri həyata keçiriləcək".
Bundan başqa, Azərbaycanda baza ssenarisi üzrə illik inflyasiyanın 2026-cı ildə 5,9 %, 2027-ci ildə isə 4,5 % olacağı gözlənilir: "İnflyasiya proqnozunun artma istiqamətində dəyişdirilməsi əsasən xarici mənşəli xərc amillərinin fəallaşmasından irəli gəlir. Bu amillərə qlobal ərzaq qiymətlərinin artım tempinin yüksəlməsi, ticarət tərəfdaşlarında inflyasiya təzyiqlərinin aktivləşməsi və nominal effektiv məzənnənin möhkəmlənmə tempinin səngiməsi aiddir. Tələb amillərinin fevral proqnozu ilə müqayisədə zəifləməsi təklif amillərinin inflyasiyaya artırıcı təsirini qismən neytrallaşdırıb. Ümumilikdə, may proqnozuna görə, inflyasiyanın əhəmiyyətli hissəsinin təklif amilləri hesabına formalaşacağı gözlənilir.
Artan geosiyasi gərginlik inflyasiyanın risklər balansında xarici amillərin rolunu yüksəldib. Yaxın Şərqdə baş verən münaqişə təchizat zəncirlərində maneələr yaratmaqla nəqliyyat və sığorta xərclərinin yüksəlməsinə, eyni zamanda qlobal enerji bazarlarında artan istiqamətdə qiymət dəyişkənliyinin güclənməsinə səbəb olub. İlin qalan dövründə bu proseslərin davam etməsi ticarət tərəfdaşlarında inflyasiyanın dinamikasını müəyyən edən əsas amil olacaqdır. Cari il üzrə beynəlxalq maliyyə-kredit təşkilatları tərəfindən qlobal inflyasiya proqnozları da artım istiqamətində dəyişdirilib. Növbəti dövrlərdə idxal inflyasiyasının miqyası ticarət tərəfdaşlarındakı inflyasiya ilə yanaşı nominal effektiv məzənnənin dinamikasından da asılı olacaq. İnflyasiya gözləntilərinin istehlakı ehtimal olunandan daha çox artırması isə başlıca daxili risk faktorlarındandır".
Dİgər xəbərlər
SON XƏBƏRLƏR
-
Sabah hava necə olacaq? - Proqnoz
Bugün, 12:32 CƏMİYYƏT
-
"Sirab" suyu bahalaşdı - Şirkət 33 aizlik artıma aydınlıq gətirməyib
Bugün, 12:20 İQTİSADİYYAT
-
“Ulduzlu görüşlər” çərçivəsində növbəti görüş Vəsimə İsmayılqızı ilə olub
Bugün, 12:16 MƏDƏNİYYƏT
-
ABŞ Sakit Okeanda daha bir gəmini vurub – Ölənlər var
Bugün, 12:07 GÜNDƏM
-
Şahdağa qar yağıb
Bugün, 12:01 GÜNDƏM
-
Əziz Yıldırım "Fənərbaxça"ya geri dönür? – Seçilsə, komandaya bu məşqçini gətirəcək
Bugün, 11:44 İDMAN
-
Azərbaycan üç yeni kamikadze dron istehsal edib - FOTOLAR
Bugün, 11:33 GÜNDƏM
-
Mövlud Çavuşoğlunun qardaşı ofisində güllələndi - "Vəziyyəti ağırdır"
Bugün, 11:33 GÜNDƏM
-
Avropa Liqası: sabah finalçılar bəlli olacaq
Bugün, 11:18 İDMAN
-
Azərbaycanın strateji valyuta ehtiyatları 2,9 milyard artıb
Bugün, 11:15 İQTİSADİYYAT
-
Bakcell” “Spark@LANDAU” proqramının innovasiya tərəfdaşıdır - FOTOLAR
Bugün, 11:06 İQTİSADİYYAT
-
Prezident İlham Əliyev İslam İnkişaf Bankı Qrupunun sədrini qəbul edib
Bugün, 10:54 GÜNDƏM
-
MÜLKİYYƏTÇİNİN DƏYİŞMƏSİ və ƏMƏK MÜQAVİLƏSİNƏ XİTAM VERİLMƏ QAYDASI... - Ali Məhkəmə daha bir iş üzrə vahid qərar verib
Bugün, 10:49 KRİMİNAL
-
Eldar Əzizov rəisi vəzifədən azad edib
Bugün, 10:43 CƏMİYYƏT
-
Azərbaycan nefti 1 dollar ucuzlaşdı
Bugün, 10:40 İQTİSADİYYAT
-
Tramp geri çəkildi, İran lağa qoydu - “Hörmüz boğazında Azadlıq Əməliyyatı dayandırıldı”
Bugün, 10:27 GÜNDƏM
-
BAKIDA BU ƏRAZİDƏ EVLƏRİN ALTINDAN QRUNT SULARI ÇIXIR - Təhlükəli vəziyyət yaranıb + VİDEO
Bugün, 10:20 CƏMİYYƏT
-
İcra başçısı ilə köməkçisinin şirkəti: 4 aya 4 milyonluq tender və...
Bugün, 10:15 İQTİSADİYYAT
-
Prokurorluq Asif Nəsirlinin ölümü ilə bağlı məlumat yaydı
Bugün, 10:15 KRİMİNAL
-
Mərkəzi Bank uçot dərəcəsi ilə bağlı qərar verdi - "İnflyasiya artacaq..."
Bugün, 10:09 İQTİSADİYYAT
-
İranın Qeşm adasında partlayış səsləri – Hava müdafiə sistemləri niyə işə düşüb?
Bugün, 10:01 DÜNYA
-
“Konqresdə erməniləri istəmirik” - Azərbaycanyönlü respublikaçı konqresmen bəyan etdi (TƏHLİL)
Bugün, 09:56 SİYASƏT
-
TÜRKİYƏNİN İLK QİTƏLƏRARASI RAKETİ… - Yunan mətbuatı həyəcənlandı
Bugün, 09:43 SİYASƏT
-
Ermənistana gübrə və taxıl göndəriləcək - Azərbaycandan keçməklə...
Bugün, 09:27 İQTİSADİYYAT
-
Sergen Yalçından istefa tələbinə sərt reaksiya: “Tərəfdarlar bağıra bilər, lakin...”
Bugün, 09:19 İDMAN
-
Elon Maskdan xəbərdarlıq: “Süni intellekt hamımızı öldürə bilər” - MƏHKƏMƏ İCLASI
Bugün, 09:12 GÜNDƏM
-
Əhəd Abıyevə ağır itki üz verib
Bugün, 09:04 CƏMİYYƏT
-
DEPUTATIN MÜLKLƏRİ VƏ QAZANCININ SİYAHISI - Bu dəfə İngiltərə məhkəməsi yaydı
Bugün, 08:51 GÜNDƏM
-
Birinci siniflərə şagird qəbulu başlayır
Bugün, 08:49 CƏMİYYƏT
-
Çempionlar Liqası: "Arsenal" 20 il sonra finala yüksəldi
Bugün, 00:49 İDMAN
-
İrandan Hörmüzlə bağlı açıqlama: “Boğazdan keçmək istəyən gəmilər…”
Bugün, 00:31 GÜNDƏM
-
“Beşiktaş” son dəqiqədə “yıxıldı” - “Konyaspor” Türkiyə Kubokunda ilk finalçı oldu
Bugün, 00:30 İDMAN
-
APARAT RƏHBƏRİ SEKTOR MÜDİRİ TƏYİN EDİLDİ
Bugün, 00:19 GÜNDƏM
-
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Bugün, 00:02 CƏMİYYƏT