Əhəd Abıyevə ağır itki üz verib

Əhəd Abıyevə ağır itki üz verib

CƏMİYYƏT

Bugün, 09:04

Daşkəsən rayonunun sabiq icra başçısı, keçmiş deputat Əhəd Abıyevə ağır itki üz verib.

Mia.az “Qafqazinfo”ya istinadla xəbər verir ki, onun qardaşı Qadir Abıyev vəfat edib.

Əhəd Abıyev saytımıza bildirib ki, qardaşı bir neçə gün öncə səhhətindəki problemlə bağlı xəstəxanaya yerləşdirilibmiş: “Üç gün əvvəl ürəyində yaranan qəfil ağrılarla bağlı Mərkəzi Gömrük Hospitalına yerləşdirdik. Həkimlərin bütün səylərinə baxmayaraq qardaşım bu gün vəfat etdi”.

Qeyd edək ki, mərhum bu gün Qurd Qapısı qəbiristanlığında dəfn olunacaq.

Əlavə edək ki, polkovnik Qadir Abıyev uzun illər gömrük orqanlarında çalışıb.

Xatırladaq ki, Ə. Abıyevin bu ilin əvvəli digər qardaşı Nadir Abıyev də vəfat etmişdi.

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR