Sergen Yalçından istefa tələbinə sərt reaksiya: “Tərəfdarlar bağıra bilər, lakin...”

Sergen Yalçından istefa tələbinə sərt reaksiya: “Tərəfdarlar bağıra bilər, lakin...” 

İDMAN

Bugün, 09:19

“Azarkeşlər istefam üçün bağıra bilərlər. Mənim və ya rəhbərliyin uğursuzluğa görə məsuliyyət daşıması təbiidir. Qarşıda həllə 2 oyun oynamalıyıq. Bunları oynamamış istefa versək, ayıb olar. Əgər azarkeşlərimiz mənim istefamı istəyirlərsə, istefa verəcəyik. Buna tamamilə əmin ola bilərsiniz”.
Mia.az Türkiyə mediasına istinadla xəbər verir ki, bu sözləri kubok uğrunda “Konyaspor”a 1-0 uduzaraq yarışla vidalaşan “Beşiktaş”ın Baş məşqçisi Sergen Yalçın matçdan sonra keçirilən mətbuat konfransında deyib.
Sergen Yalçın etiraf edib ki, bu mövsümdə planlanan heç bir hədəfə nail ola bilməyiblər: “Əlbəttə ki, çox məyusuq. Son hədəfimiz kubok finalında oynamaq və kuboku qazanmaq idi. Düşünmürəm ki, oyunu təhlil etməyə çox ehtiyac var. Bu, birtərəfli matç idi. Rəqibin qapıya bir dənə də olsun zərbə vura bilmədiyi bir oyunda uduzduq. Futbolda belə şeylər baş verə bilər. Hamızı məyusuq, futbolçularıma da bu nəticə çox pis təsir etdi…”.
Fərid ASLAN
MİA.AZ

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR