Türkiyənin qorxu saçan yeni kamikaze PUA-sı… - "KUZGUN" + FOTO

Türkiyənin qorxu saçan yeni kamikaze PUA-sı… - \"KUZGUN\" + FOTO

DÜNYA

Bugün, 17:44

Bu gün Türkiyənin və Avropanın ən böyük müdafiə, aviasiya və kosmik sənaye klasteri olan SAHA İstanbul tərəfindən təşkil edilən SAHA 2026 Beynəlxalq Müdafiə, Aviasiya və Kosmik Sənaye Sərgisində yeni silahlar nümayiş olunub.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, sərgidə ilk dəfə olaraq qardaş ölkədə yeni silahları ilə “gözdağı” verib.

Məlumata əsasən, yeni silahlar arasında ən çox diqqətçəkən isə düşmənlərə qorxu saçan 1000 kilometri aşan mənzili ilə diqqət çəkən yeni kamikaze PUA – KUZGUN olub.

İlk dəfə üzə çıxarılan bu yeni PUA 1000 kilometrdən çox uçuş məsafəsi, 6 saata qədər uçuş müddəti və 200 kiloqram qalxma çəkisi ilə xüsusi ilə seçilir, eyni zamanda, 3500 metr yüksəklikdə effektiv əməliyyat qabiliyyətinə sahibdir: “Yüksək partlayıcı döyüş başlığı daşımaq gücü və radarda görünməmək kimi mühüm parametrə sahib olan KUZGUN, strateji hədəflərə qarşı çox güclü və müasir hücum silah sayılır...”.

KUZGUN-un təqdimat mərasimindəki çıxışında STM-in baş direktoru Özgür Güleryüz bildirib ki, bu yeni kamikadze silahı müxtəlif döyüş təcrübəli sınaqlardan uğurla çıxarılıb və Türkiyə ordusunun gücünə güc qatacaq çox vacib texnikadır.

F.Səfərli

MİA.AZ

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR