Rumıniya hökuməti dağıldı - Baş nazir vəzifədən uzaqlaşdırıldı

Rumıniya hökuməti dağıldı - Baş nazir vəzifədən uzaqlaşdırıldı  

DÜNYA

Bugün, 17:28

Bu gün Rumıniyada bir neçə partiya ittifaqı ilə qurulmuş hökumət rəsmən dağılıb.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, Mərkəz-sol Sosial Demokrat Partiyası (PSD) və ifrat sağçı Rumıniyalılar Alyansı (AUR) tərəfindən qurulan  və Baş nazir İlie Boloyanın rəhbərlik etdiyi hökumətə qarşı etimadsızlıq tələbi səs çoxluğu ilə qəbul olunub.

Məlumata görə, Rumıniya Parlamentində keçirilən səsvermədə 402 millət vəkilindən 281-i etimadsızlıq təklifinə "hə" səsi verib.

Buununla da Boloyan vəzifədən uzaqlaşdırılıb, hökumət isə tam tərkibdə istefaya göndərilib.

Yeri gəlmişkən, Rumıniya Prezidenti Nikusor Dan səsvermədən əvvəl verdiyi açıqlamada nəticədən asılı olmayaraq ölkəsinin Qərb xəttini qoruyacağını bəyan edib

Firudin Səfərli

MİA.AZ

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR