İcra Hakimiyyətinin tenderləri ləğv olunub - 1.2 milyon manatlıq

 İcra Hakimiyyətinin tenderləri ləğv olunub - 1.2 milyon manatlıq

İQTİSADİYYAT

Bugün, 15:14

Yevlax Şəhər İcra Hakimiyyətinin elan etdiyi iki tenderin nəticəsi ləğv olunub. 

Bu barədə rəsmi mənbələr məlumat yayıb.

Məlumatda deyilir ki, İcra Hakimiyyəti Yevlax şəhərində yolların əsaslı təmir işlərinin satınalınması ilə bağlı tender elan edib. 657 min manatlıq tenderin ləğv edilməsi qərara alınıb.

Digər tender isə Büdcədən kənar vəsait hesabına Yevlax şəhərində yolların əsaslı təmir işlərinin satınalınması ilə bağlı olub. Bu müsabiqənin də qiyməti ucuz olmayıb. İcra Hakimiyyəti işləri 564 min 398 manata icra etmək fikrində olub.

Hər iki tenderin ləğvinə səbəb isə prosesə qatılan şirkətlərin sayının 3-dən az olması olub/Tribuna.

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR