"Bu, Amerika ordusunun öz oyunudur" - İran BƏƏ-yə hücum iddialarını rədd edir

\"Bu, Amerika ordusunun öz oyunudur\" - İran BƏƏ-yə hücum iddialarını rədd edir

GÜNDƏM

Bugün, 13:31

İran dünən birləşmiş Ərəb Əmirliklərinə 4 raket və bir dronla hücum etmələri barədə xəbərləri ard-arda təkzib edir.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, hökumətdən sonra ölkənin yüksək rütbəli hərbçiləri də BƏƏ-yə hücum etmədiklərini təkralayıblar.

İranın yüksək rütbəli hərbi rəsmisi dövlət televiziyasına bildirib ki, ölkəsi BƏƏ-nin Fuceyra limanındakı neft obyektlərinə hücum etməyib: "İranın bu neft obyektlərinə əvvəlcədən planlaşdırılmış hücum cəhdi olmayıb. Baş verənlər Amerika ordusunun Hörmüz boğazına planlanan hücumuna əsas qazandırmaq cəhdindən başqa bir şey deyil. İran Silahlı Qüvvələri qətiyyətlə bəyan edir ki, belə bir hücum biz tərəfdən həyata keçirilməyib. Bu, Amerika ordusunun öz oyunudur. Amerika diplomatiyada güc tətbiq etmək kimi çirkin davranışlarından əl çəkməli və dünyanın bütün ölkələrinin iqtisadiyyatına təsir edən bu həssas neft bölgəsindəki macəraçılığını dayandırmalıdır".

Tahir Şəlvəli

MİA.AZ

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR