WUF13: Nəqliyyat Əməliyyatları Mərkəzi yaradılıb
CƏMİYYƏT
Bugün, 11:18
Mayın 17-22-də Bakıda keçiriləcək Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) ilə bağlı Daxili İşlər Nazirliyinin Nəqliyyatın İntellektual İdarəetmə Mərkəzində (NİİM) Nəqliyyat Əməliyyatları Mərkəzi yaradılıb.
Mia.az xəbər verir ki, bunu tədbirdə nəqliyyatın idarə olunması planının təqdimatına dair brifinqdə NİİM-in rəisi Namidan Piriyev açıqlama verib.
Onun sözlərinə görə, məqsəd nəqliyyat əməliyyatlarının daha operativ idarə olunması, digər qurumlarla birgə fəaliyyətin təşkilidir: "Bu mərkəzdə həm dövlət orqanları, həm də digər aidiyyəti dövlət qurumlarının nümayəndələri gündəlik xidmət edəcək. Nəqliyyat əməliyyatlarının idarə olunması ilə yanaşı, hər hansı xoşagəlməz hadisə baş verərsə, onun dərhal qarşısının alınması üçün müvafiq qurumların məsul şəxsləri öz fikirlərini bildirəcək, dərhal məlumat mübadiləsi aparılacaq və birgə koordinasiyalı fəaliyyət təmin olunacaq".
NİİM rəhbəri qeyd edib ki, WUF13 zamanı "Yaşıl Dəhliz" və "Yaşıl Dalğa" prinsipləri tətbiq ediləcək: "Həm tədbir iştirakçılarının, həm də digər yol hərəkəti iştirakçılarının rahat və fasiləsiz hərəkəti üçün biz birgə fəaliyyət göstərəcəyik. Müşayiət olunan kortejlərin və qonaqları daşıyan avtobusların "yaşıl işıq" prinsipi ilə hərəkəti nəzərdə tutulur. Bunun üçün müvafiq marşrutlar üzrə bəzi küçə və prospektlərdə "yaşıl dalğa" prinsipi tətbiq olunacaq. Məqsəd kortejlərin və qonaqlarla hərəkətdə olan nəqliyyat vasitələrinin fasiləsiz hərəkətini təmin etmək, yol kəsişmələrində prioritet olaraq həmin nəqliyyat vasitələrinin üstün hərəkətini təmin etmək və digər hərəkət iştirakçılarının hərəkətinə mane olmamaqdır".
Onun sözlərinə görə, WUF13-lə bağlı yaradılacaq yaşıl zolaqlara daxil olmaq qayda pozuntusu hesab olunacaq: "Yeni tətbiq olunan "yaşıl zolaq" dediyimiz avtobus zolaqlarında digər nəqliyyat vasitələrinin hərəkətinə ciddi nəzarət olunacaq. Bu qayda pozuntusu hesab olunur və buna görə müvafiq tədbirlər görüləcək. Hər hansı küçə və prospektlərdə yolların tam bağlanması nəzərdə tutulmur. Lakin tədbir ərəfəsində, xüsusilə 18 mayda əlavə təhlükəsizlik tədbirləri ilə əlaqədar bəzi yollarda istiqamətlər qısamüddətli olaraq dəyişdirilə bilər. Bu, qonaqların hərəkətini təmin etmək üçün qismən tətbiq edilə biləcək müvəqqəti tədbirdir. Ümumilikdə isə yolların bağlanması kimi məsələlər nəzərdə tutulmur"/Report.
Dİgər xəbərlər
SON XƏBƏRLƏR
-
"Bu, Amerika ordusunun öz oyunudur" - İran BƏƏ-yə hücum iddialarını rədd edir
Bugün, 13:31 GÜNDƏM
-
Sevindik Hətəmov rayon sakinləri ilə növbəti görüş keçirib - FOTO
Bugün, 13:26 GÜNDƏM
-
Azərbaycanlı siyasi şərhçilər İrəvana gediblər
Bugün, 13:03 SİYASƏT
-
Bakıda müğənni xəstəxanada vəfat edib
Bugün, 12:49 CƏMİYYƏT
-
Sabah yağış yağacaq
Bugün, 12:37 CƏMİYYƏT
-
TƏBİB-in yeni rəhbəri daha bir unikal əmr imzaladı - Keçmiş köməkçisini yanına apardı
Bugün, 12:32 CƏMİYYƏT
-
Azercell Beynəlxalq Xalça Festivalında “Minlərlə ilmə, bir güc” xalçasını təqdim etdi - FOTOLAR
Bugün, 12:26 İQTİSADİYYAT
-
Daha bir serial tamaşaçılarla vidalaşır
Bugün, 12:09 MƏDƏNİYYƏT
-
İctimai nəqliyyatda ödəniş problemi - Bank kartları niyə bloklanır?
Bugün, 12:04 CƏMİYYƏT
-
Rasim Balayevin qəbirüstü abidəsi 40 mərasimdən sonra qoyulacaq
Bugün, 11:54 MƏDƏNİYYƏT
-
Azalan dövlət xəstəxanaları, artan xəstə sayı...
Bugün, 11:36 GÜNDƏM
-
Goranboyda qəza: 7 nəfər xəsarət aldı (Yenilənib)
Bugün, 11:21 KRİMİNAL
-
WUF13: Nəqliyyat Əməliyyatları Mərkəzi yaradılıb
Bugün, 11:18 CƏMİYYƏT
-
“Beşiktaş”ın futbolçusu zədələnib
Bugün, 11:08 İDMAN
-
İyun ayında 10 gün iş olmayacaq
Bugün, 10:49 GÜNDƏM
-
Nazir bu rəisin yerini dəyişdi - FOTO
Bugün, 10:42 CƏMİYYƏT
-
İmamverdi İsmayılovun yeni əsəri - “LABİRİNT” - Bir ölüm haqqında povest...
Bugün, 10:33 MƏDƏNİYYƏT
-
TƏBİB-in yeni icraçı rəhbəri xanım həkimi yüksək vəzifəyə təyin etdi - Nərgiz Şərifova kimdir? (FOTO)
Bugün, 10:26 CƏMİYYƏT
-
Bakı, Sumqayıt və Abşeron sakinlərinin diqqətinə: pensiyalarınız bu tarixədək veriləcək
Bugün, 10:11 CƏMİYYƏT
-
Simeone "Arsenal"la oyundan danışdı: “Sakit qalmalıyıq”
Bugün, 10:08 İDMAN
-
Volkan Dəmirəl istefaya göndərildi
Bugün, 10:01 İDMAN
-
İran XİN başçısı iki ölkəyə xəbərdarlıq etdi: "Vəziyyəti çıxılmaz hala gətirməyin”
Bugün, 09:45 SİYASƏT
-
Xəzər dənizində zəlzələ olub
Bugün, 09:28 GÜNDƏM
-
Azərbaycanlı məşqçi yeni komanda ilə anlaşır
Bugün, 09:18 İDMAN
-
Hövsan qəsəbəsində bu gün qaz kəsiləcək
Bugün, 09:13 CƏMİYYƏT
-
Prezident Baş nazirlə görüşündən yeni görüntü paylaşdı - VİDEO
Bugün, 09:08 GÜNDƏM
-
Deutsche Welle Azərbaycanı “qalib” elan edir: Hörmüz böhranı fonunda yeni geosiyasi reallıq (TƏHLİL)
Bugün, 09:01 SİYASƏT
-
ABŞ İrana məxsus 6 gəmini vurdu: ölənlər var - İrandan cavab hədəsi gəldi
Bugün, 08:57 GÜNDƏM
-
Trampın bu sözü salonda gülüş yaratdı: “Narahat olmayın, hələ 8-9 il prezident olacam”
Bugün, 08:36 SİYASƏT
-
Çində Fişəng fabriki partlayıb - 21 nəfər ölüb, xəsarət alanlar var
Bugün, 08:22 DÜNYA
-
Ağ Evin yaxınlığında atışma olub
Bugün, 00:33 DÜNYA
-
Tramp İranı hədələdi: “Sizi yox edərik”
Bugün, 00:11 GÜNDƏM
-
Putin Ukrayna ilə atəşkəs elan etdi – Bu tarixdə
Bugün, 00:09 GÜNDƏM
-
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Bugün, 00:01 GÜNDƏM