Bakı Şəhər İcra Hakimiyyətində elmi-praktik konfrans keçirilib - FOTOLAR
CƏMİYYƏT
04.05.2026, 15:51
Bakı Şəhər İcra Hakimiyyətində Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin 103-cü doğum gününə həsr olunmuş “Heydər Əliyev və Azərbaycan tarixi” mövzusunda elmi-praktik konfrans keçirilib.
Mia.az xəbər verir ki, paytaxt məktəbliləri arasında keçirilən və artıq ənənəvi hal almış bu konfransda Bakı Şəhər İcra Hakimiyyətinin rəhbərliyi və aparatın əməkdaşları, paytaxt rayonlarında keçirilən konfranslarda qalib seçilmiş məktəblilər və KİV nümayəndələri iştirak ediblər.
Tədbirin əvvəlində Ümummilli Lider Heydər Əliyevin və Vətənimizin azadlığı, ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov konfrans iştirakçılarını salamlayaraq bildirib ki, bu gün ölkə başçısı İlham Əliyevin həyata keçirdiyi siyasət nəticəsində Azərbaycan dinamik inkişaf edir: “Görülən işlərin nəticəsidir ki, insanlar da dəyişir, əhalinin iqtisadi vəziyyəti yaxşılaşır, imkanları artır. Bu hər yerdə, küçədə, cəmiyyətdə hiss edilir, insanların mədəni səviyyə yüksəlir. Bu fakt ölkə şəhərlərinin təmizliyi və baxımlılığında da özünü büruzə verir. Əhali öz növbəsində kommunal xidmətlərlə birlikdə şəhərlərin təmizliyi və gözəlləşməsinə öz töhfələrini verir. Bu da onu deməyə əsas verir ki, ölkəmizin bu günkü inkişafının təməlində məhz Heydər Əliyev və İlham Əliyev siyasəti durur”.
Qeyd edilib ki, paytaxt rayonlarında keçirilən konfranslarda şagirdlər Azərbaycan tarixinin ən qədim zamanlarından günümüzə qədər olan dövrləri, o cümlədən Ulu Öndər Heydər Əliyev və Prezident İlham Əliyevin Azərbaycan tarixindəki rolu barədə öz elmi məqalələri ilə çıxışlar ediblər. Müsabiqədə həm də 44 günlük Vətən müharibəsində qazanılan Şanlı Zəfərə, antirerror tədbirlərinə, Xankəndi, Xocalı, Ağdərə, Xocavənddə Azərbaycanın Dövlət Bayrağının ucaldılması və digər mövzulara da xüsusi yer verilib.
Şagirdlərin özlərinin aparıcılığı ilə keçirilən konfransda gənc tədqiqatçıların məruzələri dinlənilib. Konfransda qeyd olunub ki, məktəblilərin Azərbaycan tarixinin daha dərindən öyrənilməsinə marağı artıran bu müsabiqə ənənəvi xarakter daşıyır və hər il minlərlə məktəbli bu müsabiqədə iştirak edir. Builki müsabiqədə Bakı şəhərinin 315 məktəbi və 3750-dən artıq şagirdi öz referatları ilə iştirak ediblər. Qalib şagirdlərin referatları komissiya tərəfindən seçilərək Bakı Şəhər İcra Hakimiyyətinin dəstəyi ilə çap olunacaq yeni kitaba daxil ediləcək.


Dİgər xəbərlər
SON XƏBƏRLƏR
-
Xəzərdə 13 yaşlı qız batıb - 3 nəfər isə xilas olunub
Bugün, 15:55 CƏMİYYƏT
-
5 məşhur şəxs istintaqa çağırıldı
Bugün, 15:29 MƏDƏNİYYƏT
-
TRAMP İDDİALARI TƏKZİB ETDİ
Bugün, 15:25 GÜNDƏM
-
264 keçmiş deputat CHP-dön istefa verdi - Kılıçdaroğlu təklənir (SİYAHI)
Bugün, 15:20 SİYASƏT
-
ATV-nin aparıcısı pulqabısını itirib
Bugün, 15:06 PRESS
-
Əli Əsədov yeni əmr imzalayıb
Bugün, 14:50 İQTİSADİYYAT
-
Vüqar Əhmədov Bakıdan rayona rəis göndərdi - "Azərişıq" rəhbərindən unikal əmrlər
Bugün, 14:36 CƏMİYYƏT
-
Azərbaycanda işsizlərin sayının artmasının əsas səbəbi nədir? - Deputatdan şərh
Bugün, 14:26 İQTİSADİYYAT
-
RƏSMİ TEHRNDAN TRAMP və ZELENSKİYƏ TƏHDİD: "Müharibə və sülh vaxtını yalnız biz müəyyən edirik" - "Ukraynanın Xəzərdə təhlükəli macərası cavabsız qalmayacaq"
Bugün, 14:08 GÜNDƏM
-
İlham Əliyev futbolla bağlı sərəncam imzaladı
Bugün, 14:05 İDMAN
-
Prezident bu qanunlara dəyişikliyi təsdiq edib - DETALLAR
Bugün, 14:04 GÜNDƏM
-
Prezident İlham Əliyev daha bir sərəncam imzalayıb
Bugün, 14:01 GÜNDƏM
-
Almanlar orduya güvənmr - Sorğu
Bugün, 13:55 GÜNDƏM
-
Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat və... - Prezidentdən daha iki qanuna dəyişiklik
Bugün, 13:45 GÜNDƏM
-
İstanbul və Qarsdakı baş konsulları geri çağırıldı - YENİ TƏYİNATLAR
Bugün, 13:24 GÜNDƏM
-
Qida festivalında atışma: iki nəfər ölüb, beş nəfər yaralanıb
Bugün, 13:07 DÜNYA
-
Bakıda külək güclənib
Bugün, 13:01 GÜNDƏM
-
Hərbi çağırışla bağlı son vəziyyət müzakirə olunub.
Bugün, 12:49 GÜNDƏM
-
BU QANUNU POZANLAR CƏRİMƏLƏNƏCƏK - Prezident dəyişikliyi təsdiqlədi
Bugün, 12:49 GÜNDƏM
-
Komitə sədri polkovniki yüksək vəzifəyə təyin etdi
Bugün, 12:36 GÜNDƏM
-
Rəşad Göyüşov vəzifədən çıxarıldı
Bugün, 12:23 CƏMİYYƏT
-
Sabah isti hava olacaq - Proqnoz
Bugün, 12:10 GÜNDƏM
-
ABŞ İRANA HÜCUMU DAYANDIRDI - Səfir həm səbəbi açıqladı, həm də xəbərdarlıq elədi
Bugün, 11:51 GÜNDƏM
-
“Kapital Bank”ın vaxtı keçmiş kreditləri kəskin artlb - 200 MİLYONA ÇATIR
Bugün, 11:48 İQTİSADİYYAT
-
Küləkli hava şəraiti ilə əlaqədar daha bir xəbərdarlıq edildi
Bugün, 11:45 GÜNDƏM
-
Aygün Kazımovanın səs-küylü "Dream Fest" obrazları
Bugün, 11:34 ŞOU-BİZNES
-
"Fantastik qiymətdir" - Aviabiletlər niyə kəskin bahalaşıb? (AÇIQLAMALAR)
Bugün, 11:34 GÜNDƏM
-
Bakıda güclü külək 7 ağacı aşırıb
Bugün, 11:26 CƏMİYYƏT
-
CHP-nin alınmaz qalası çökdü - 28 bələdiyyə sədrindən 24-ü Yeni Partiyaya transfer elədi
Bugün, 11:16 SİYASƏT
-
Vilayət Eyvazov gənclərin növbəti sıra baxışını keçirdi, 167 nəfər növbəti tura buraxıldı - VİDEO
Bugün, 10:48 CƏMİYYƏT
-
Bakıda və Abşeron yarımadasını toz basıb
Bugün, 10:16 CƏMİYYƏT
-
KEÇMİŞ AGENTLİK SƏDRİ XARİCDƏ BÖYÜK BİZNESƏ GİRİB - Jurnalist şok məlumat paylaşdı
Bugün, 09:52 CƏMİYYƏT
-
Magistraturaya ixtisas seçiminin vaxtı uzadıldı - Açıqlama
Bugün, 09:50 GÜNDƏM
-
Türkiyədə şok olay: təşkilat sədri, oğlu və qardaşı oğlu güllələndi - SƏBƏB + FOTOLAR
Bugün, 09:27 GÜNDƏM