ABŞ İrana məxsus 6 gəmini vurdu: ölənlər var - İrandan cavab hədəsi gəldi

ABŞ İrana məxsus 6 gəmini vurdu: ölənlər var  - İrandan cavab hədəsi gəldi

GÜNDƏM

Bugün, 08:57

ABŞ İran sahilləri yaxınlığında mülki qayıqlara zərbə endirib.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki,hücum İranın ABŞ-ın iki hərbi gəmisini vurduğunu iddia etməsindən sonra baş verib.

Tehranın "vurma" iddiası Vaşinqton tərəfindən təkzib edilsə də, Hörmüz boğazı boyunca gərginliyi pik həddə çatdırıəb.

ABŞ Mərkəzi Komandanlığından (CENTCOM) bildirilib ki, hərbi gəmiləri vurulmayıb, lakin İranın təxribatç hərəkətləri cavabsız qalmayacaq.

İran dövlət televiziyasının məlumatlına əsasən, ABŞ İranın mülki təyinatlı  sürətli yük gəmilərinə hücum edib: “Ümumilikdə altı sürətli yük gəmisi vurulub, onların hamısı mülki şəxslərə aid idi. Nəticədə azı 5 nəfər hadisə yerində ölüb, yaralılar var”.

İran İnqilab Keşikçilərindən isə bildirilib ki, bu hücuma cavab veriləcək.

Hüseyn Namazov

MİA.AZ

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR