TƏBİB-in yeni icraçı rəhbəri xanım həkimi yüksək vəzifəyə təyin etdi - Nərgiz Şərifova kimdir? (FOTO)

TƏBİB-in yeni icraçı rəhbəri xanım həkimi yüksək vəzifəyə təyin etdi - Nərgiz Şərifova kimdir? (FOTO)

CƏMİYYƏT

Bugün, 10:26

Bakı Baş Səhiyyə Mərkəzinə Şərifova Nərgiz Talıb qızı direktor müavini təyin olunub.

Mia.az xəbər verir ki, bu barədə TƏBİB məlumat yayıb.

Bildirilib ki, N.Şərifova 2003-2004-cü illərdə Azərbaycan Tibb Universitetində həkim-pediatr ixtisası üzrə internaturanı tamamlayıb. 2004-2016-cı illərdə K.Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutunun Anesteziologiya, reanimasiya və intensiv terapiya şöbəsində həkim, daha sonra şöbə müdiri vəzifələrində çalışıb.

2016-2020-ci illərdə Səhiyyə Nazirliyinin Tibbi yardımın təşkili şöbəsinin müdir müavini, 2020-2022-ci illərdə Qadın, ana, uşaq və yeniyetmələrin sağlamlığının qorunması sektorunun müdiri olaraq fəaliyyət göstərib.
2023-cü ildən hazırkı təyinatınadək Azərbaycan Tibb Universitetinin (ATU) I uşaq xəstəlikləri kafedrasının assistenti, ATU Tədris Cərrahiyyə Klinikasının Yenidoğulmuşların intensiv terapiyası şöbəsində həkim-neonatoloq vəzifəsində çalışıb.
N.Şərifova 1-ci dərəcə dövlət qulluqçusudur.

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR