Trampın bu sözü salonda gülüş yaratdı: “Narahat olmayın, hələ 8-9 il prezident olacam”

Trampın bu sözü salonda gülüş yaratdı: “Narahat olmayın, hələ 8-9 il prezident olacam”

SİYASƏT

Bugün, 08:36

ABŞ Prezidenti Donald Tramp İranla bağlı növbəti diqqətçəkən açıqlama verib.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, o, Ağ Evdə kiçik biznesin inkişafına yönəlmiş tədbirdə çıxış edərkən deyib ki, İrana hücumla çox doğru iş görüblər.

Tramp bildirib ki, İrana hücum olmasaydı, İran nüvə silahı əldə etmələ, dünya tamam başqa istiqamətə yönələəcəkdi: “Biz bu səbəbdən düzgün iş gördük. Əslində, məndən əvvəlki prezidentlər bu addımı atmalı idilər, lakin onlar bu vəzifəni öz üzərinə götürmədi. İranın nüvə silahına sahib olmasına icazə verə bilməzdik. Hazırda işlər çox yaxşı gedir. Onların indi nə donanması, nə hava qüvvələri, nə zenit topları, nə radarları, nə liderləri var. Heç heç nələri qalmayıb. Indi danışıqlar gedir. Lakin deyə bilərəm ki, hazırsda İranla münasibəti “mini müharibə” adlandıra bilərəm. Lakin bu müharibə də uzun sürməyəcək”

O, daha sonra ABŞ-ın uzun illər Vyetnam, İraq, Əfqanıstan və digər ölkələrdə vuruşduğunu xatırladıb. Deyib ki, İranla bu müharibələri müqayisə etmək olmaz: “Biz bu dəfə çox sürətli hərəkət etdik və mübahisəsiz qalib gəldik”.

Tramp bahalaşan neft və qazdan da danışıb: “Təbii ki, İranla mini müharibə bitən kimi yanacağın qiyməti sürətlə düşəcək. Nüvə silahına sahib olan və ölkələri bir düyməyə basmaqla məhv edə bilən dəli insanlardan qurtulmaq şübhəsiz ki, dünya fond bazarına təsir edir, edəəck. Buna görə də bunu etməli oldum, çünki bu, 47 ildir edilməmişdi. Başqa çarəmiz yox idi və bunu etdiyim üçün çox qürur duyuram. İndi aktiv savaş bitib və bir azdan neft çox ucuzlaşacaq, Hər şey axarına düşəcək”.

Tramp daha sonra salona xitabən “narahat olmayın, hələ 8-9 il prezident olacam”, - deyib. Onun bu sözü isə salonda gülüş yaradıb.

Hüseyn Namazov

MİA.AZ

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR