"İstilik enerjisindən istifadə Qaydaları" təsdiqlənib

\"İstilik enerjisindən istifadə Qaydaları\" təsdiqlənib

CƏMİYYƏT

Bugün, 17:49

Nazirlər Kabineti "İstilik enerjisindən istifadə Qaydaları"nı təsdiqləyib.

Mia.az xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov yeni qərar imzalayıb.

Qərara əsasən, İstilik enerjisindən istifadə Qaydaları"nda Elektron Hökumət İnformasiya Sisteminin xidmət kanalı üzərindən paylayıcının informasiya sistemi vasitəsilə həyata keçirilməsi nəzərdə tutulan prosedurların təşkili təmin edilənədək həmin prosedurlar birbaşa, poçt və ya elektron poçt vasitəsilə həyata keçirilir.

"İstilik enerjisindən istifadə Qaydaları"nda həyata keçirilməsi nəzərdə tutulan prosedurlar tikintiyə icazə icraatı çərçivəsində tikinti obyektlərinin şəbəkəyə qoşulması ilə əlaqədar layihənin və texniki şərtlərin verilməsinə münasibətdə şəhərsalma və tikinti fəaliyyətinin vahid informasiya təminatı sistemi vasitəsilə elektron qaydada həyata keçirilir.

"Azəristiliktəchizat" ASC "İstilik enerjisindən istifadə Qaydaları"nda nəzərdə tutulan paylayıcının müvafiq informasiya sisteminin formalaşdırılmasını doqquz ay müddətində təmin etməlidir.

***

Nazirlər Kabineti isti su sayğacı olmayan mənzillərdə və ya yaşayış evində bir nəfər üçün aylıq isti su istehlakı norması 2,5 m3 həcmində müəyyən edib.

Mia.az xəbər verir ki, bu, qurumun təsdiqlədiyi "İstilik enerjisindən istifadə Qaydaları"nda öz əksini tapıb.

Qaydalara əsasən, istehlakçı tərəfindən istifadə edilən istilik və isti su təchizatına görə hesablaşmalar istilik və isti su sayğaclarının göstəricilərinə əsasən,

- təbii inhisar subyekti qismində çıxış edən paylayıcı tərəfindən göstərilən istilik təchizatı ilə bağlı – İstehlakçının mənzilinin və ya yaşayış evinin ümumi sahəsinə (balkon, lociya, terras, şüşəbənd və eyvanlar istisna olmaqla) görə Tarif (qiymət) Şurası (2028-ci il iyulun 1-dən Tənzimləyici) tərəfindən bir kvadratmetr üzrə müəyyən edilmiş tariflərlə;

- digər paylayıcılar tərəfindən göstərilən istilik və isti su təchizatı ilə bağlı - istehlakçının mənzilinin və ya yaşayış evinin ümumi sahəsinə (balkon, lociya, terras, şüşəbənd və eyvanlar istisna olmaqla) görə bu Müqavilə ilə müəyyən edilmiş tariflərlə;

- isti su təchizatı ilə bağlı – istehlakçının mənzilində və ya yaşayış evində bir nəfər üçün aylıq isti su istehlakı norması nəzərə alınmaqla, qeydiyyatda olan şəxslərin sayına görə bu Müqavilə ilə müəyyən edilmiş tariflərlə həyata keçirilir.

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR