“Mançester Yunayted” Çempionlar Liqasına vəsiqəni təmin etdi

“Mançester Yunayted” Çempionlar Liqasına vəsiqəni təmin  etdi

İDMAN

Bugün, 00:36

“Mançester Yunayted” Premyer Liqanın 35-ci turunda doğma meydanında “Liverpul”a 3-2 hesabı ilə qalib gələrək, indidən Çempionlar Liqasına vəsiqəni təmin edib.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, “Mançester Yunayted” 6-cı dəqiqədə Mateus Kunya və 14-cü dəqiqədə Benjamin Seskonun vurduğu qollarla ilk hissədə  2-0 önə keçib.  Lkain ikinci hissəyə sürətlə başlayan “Liverpul” 47-ci dəqiqədə Dominik Szoboslain, 56-cı dəqiqədə Kodi Qakponun qollarıyla hesaba tarazlıq gətirib.

Lakin “Qırmızı şeytanlar” Kobbi Meynunun 77-ci dəqiqədə vurduğu oyundan qalib ayrılmağı bacarıb - 3:2.

Bununla da ardıcıl 3-cü, ümumilikdə isə 18-ci qələbəsini qazanan “Mançester Yunayted” 64 xala sahiblənərək 3-cü pillədəki mövqeyini möhkəmləndirib və indidən UEFA Çempionlar Liqasında yerini təmin edib.
Bu oyunla mövsümdə 11-ci məğlubiyyətini alan “Liverpul”un isə 58 xalı var.

Fərid ASLAN

Mia.az

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR