İt əl çəkdi, motal əl çəkmədi: Avropa Parlamenti və geosiyasi ikili standartlar - TƏHLİL
SİYASƏT
02.05.2026, 16:22
Bugünkü beynəlxalq siyasətdə ən təhlükəli tendensiyalardan biri dəyərlərin prinsip kimi yox, alət kimi istifadə olunmasıdır. Avropa Parlamenti və bəzi Qərb siyasi dairələrinin Azərbaycana münasibəti bu reallığın ən açıq nümunəsidir.
Münaqişə bitib, Azərbaycan öz ərazi bütövlüyünü bərpa edib, separatizm faktiki olaraq aradan qaldırılıb. Amma buna baxmayaraq, Avropa Parlamenti hələ də mövcud olmayan bir separatizm gündəmini diriltməyə çalışır. Bu mənzərə istər-istəməz bir məsəli xatırladır: it əl çəkdi, motal əl çəkmədi.
Ən ciddi sual buradan başlayır. Avropa Parlamenti bu gün Qarabağ ermənilərinin hüquqlarından danışır. Bəs 30-35 il davam edən işğal dövründə harada idi bu həssaslıq? Niyə yüz minlərlə azərbaycanlının qaçqın və məcburi köçkün vəziyyətinə düşməsi illərlə bu qədər rahatlıqla görməzlikdən gəlinirdi? Reallıq ondan ibarətdir ki, həmin dövrdə Qərb institutları ya susdu, ya da dolayısı ilə status-kvonu qoruyan yanaşmalarla işğala siyasi bəraət qazandırdı.
Son hadisələr bu yanaşmanın dəyişmədiyini göstərir. Reuters agentliyinin məlumatına görə, Azərbaycan Avropa Parlamentinin qəbul etdiyi qətnaməyə etiraz olaraq Avropa İttifaqının səfirini Xarici İşlər Nazirliyinə çağırıb. Qətnamədə Azərbaycanın erməni əsilli şəxsləri ədalətsiz həbs etdiyi iddia olunur və Qarabağ ermənilərinin hüquqlarına dəstək ifadə edilir. Bakı isə bu ittihamları qətiyyətlə rədd edir və bildirir ki, söhbət müharibə cinayətləri də daxil olmaqla ağır ittihamlarla mühakimə olunan şəxslərdən gedir. Bu artıq fikir ayrılığı deyil, reallığın siyasi məqsədlərlə təhrifidir.
Qərbin öz daxilində də vahid mövqe yoxdur. Bir tərəfdən ABŞ-da sülh və sabitlik çağırışları səslənir, D.Tramp böyük işlər görür, digər tərəfdən isə Nyu-York meri Zohran Mamdani kimi siyasətçilərin səsləndirdiyi “erməni soyqırımı” mövzusundakı bəyanatlar daha çox daxili auditoriyaya hesablanır. Ondan əvvəl isə ABŞ-ın hazırkı vitse-prezidenti respublikaçı J.D. Vance 2026-cı ilin fevralında İrəvana səfəri zamanı oxşar mövqe sərgilədi. Bu cür çıxışlar qısa müddətli siyasi dividendlər qazandıra bilər, amma uzunmüddətli perspektivdə regionda formalaşmaqda olan həssas sülh balansına ciddi zərbə vurur. Ermənistanla Azərbaycan və Türkiyə arasında normallaşma prosesinə məhz bu cür ritorika ən böyük maneələrdən birinə çevrilir.
Regionun özündə də ziddiyyətli proseslər davam edir. Ermənistanın baş naziri Nikol Paşinyan açıq şəkildə sülh gündəmini dəstəkləyir və separatizm ideyasından uzaqlaşmağa çalışır. Amma paralel olaraq Ermənistan daxilində müxalif qüvvələr, xüsusilə radikal millətçi dairələr yenidən daşnak ideologiyasını gündəmə gətirir. Bu xəttin arxasında isə çox vaxt Rusiya və İran kimi aktorların maraqları göstərilir. Beləliklə, regionda qəribə bir vəziyyət yaranır: rəsmi İrəvan sülhə doğru addım atır, amma digər qüvvələr keçmişi geri qaytarmağa çalışır.
Bu mənzərəni daha geniş kontekstdə analiz edəndə Avropanın öz daxilindəki yanaşma ilə xarici siyasəti arasında kəskin fərq ortaya çıxır. Avropada yüzlərlə separatçı meyilli hərəkat mövcuddur. Korsikadan Bask bölgəsinə, Kataloniyadan Şotlandiyaya qədər müxtəlif bölgələrdə separatizm meylləri var. Amma Avropa İttifaqı bu hərəkatların heç birinə açıq siyasi dəstək vermir. Çünki Avropa daxilində separatizm təhlükə kimi qəbul olunur. Bu, sabitliyi poza biləcək amil sayılır.
Amma eyni yanaşma Avropa sərhədlərindən kənarda dəyişir. Burada separatizm bəzən təzyiq alətinə çevrilir. Prinsip dəyişmir, sadəcə tətbiq sahəsi dəyişir.
Daha maraqlı məqam isə ondan ibarətdir ki, bu məsələdə fərqli güclərin ritorikası bəzən üst-üstə düşür. Rusiya və İran kimi ölkələr uzun illərdir separatizm faktorundan geosiyasi təsir aləti kimi istifadə edir. Maraqlıdır ki, bəzi hallarda Avropa Parlamentinin yanaşması da bu ritorika ilə müəyyən nöqtələrdə paralellik təşkil edir. Motivlər fərqli ola bilər, amma nəticə eyni görünür. Separatizm prinsip kimi yox, alət kimi Azərbaycan və Türkiyəyə qarşı istifadə olunur.
Bütün bunlar onu göstərir ki, beynəlxalq siyasətdə dəyərlər çox vaxt universal norma kimi yox, çevik mexanizm kimi işləyir. Eyni prinsip fərqli coğrafiyalarda fərqli şəkildə tətbiq olunur. Eyni problem bir yerdə təhlükə, başqa yerdə isə imkan kimi qiymətləndirilir.
Münaqişə bitir, amma onun üzərindən qurulan siyasi oyunlar davam edir. Reallıq arxa plana keçir, ritorika ön plana çıxır.
Və sonda yenə eyni mənzərə yaranır: it artıq əl çəkib, amma motal hələ də əl çəkmir.
Elbəyi Həsənli,İstanbul
MİA.AZ
Dİgər xəbərlər
SON XƏBƏRLƏR
-
Bakıda və Abşeron yarımadasını toz basıb
Bugün, 10:16 CƏMİYYƏT
-
KEÇMİŞ AGENTLK SƏDRİ XARİCDƏ BÖYÜK BİZNECƏ GİRİB - Jurnalist şok məlumat paylaşdı
Bugün, 09:52 CƏMİYYƏT
-
Magistraturaya ixtisas seçiminin vaxtı uzadıldı - Açıqlama
Bugün, 09:50 GÜNDƏM
-
Türkiyədə şok olay: təşkilat sədri, oğlu və qardaşı oğlu güllələndi - SƏBƏB + FOTOLAR
Bugün, 09:27 GÜNDƏM
-
DEPUTATIN ŞİRKƏTİ DAHA BİR TENDERİ UDDUB - Bu dəfə 4.2 milyon manatlıq
Bugün, 09:15 İQTİSADİYYAT
-
İSRAİLLƏ ƏLAQƏ, HİZBİBLLAH, SANKSİYA, TÜRKİYƏ və RUSİYA... - Suriya liderindən yeni mesajlar
Bugün, 09:12 DÜNYA
-
"O torpaqlar həmin ölkələrə keçəcək" - Putin Rusiya ordusuna yeni əmr verdi: "Onları da vurun!"
Bugün, 09:01 GÜNDƏM
-
"Qalatasaray"dan sürpriz transfer əməliyyatı: Camal Musiala "Cimbom"a gəlir?
Bugün, 00:49 İDMAN
-
"Beşiktaş" Darvin Nunezi "radar"ına alıb
Bugün, 00:38 İDMAN
-
"Fənərbağça"nın futbolçusu Sofyan Amrabata maraq artır
Bugün, 00:19 İDMAN
-
"Arsenal" klubu Xristoz Tzolisi heyətinə qatıb
Bugün, 00:14 İDMAN
-
"Atletiko Madrid" cənubi koreyalı futbolçusu ilə müqavilə imzalayıb
Bugün, 00:05 İDMAN
-
Sabahın hava proqnozu açıqlanıb
26.07.2026, 17:08 CƏMİYYƏT
-
İlham Əliyev: Azərbaycan ilə Maldiv arasında əlaqələrin hazırkı inkişaf dinamikası bizi sevindirir
26.07.2026, 17:06 GÜNDƏM
-
Aran rayonlarında 39 dərəcə isti qeydə alınıb
26.07.2026, 17:02 CƏMİYYƏT
-
Azərbaycan və Qətər parlamentləri arasındakı əlaqələr müzakirə olunub
26.07.2026, 13:57 SİYASƏT
-
Xəzər dənizində zəlzələ olub
26.07.2026, 09:21 GÜNDƏM
-
Milli Yaylaq Festivalında taxta konstruksiya aşıb, yaralılar var - FOTO
25.07.2026, 20:16 GÜNDƏM
-
Cavanşir Babalıoğlundan DREAM Fest-ə açıq müraciət: "Azərbaycan musiqisinin canlı əfsanələrinə də festivalda yer verilməlidir" - VİDEO
25.07.2026, 19:05 MƏDƏNİYYƏT
-
Gürcüstanda zəlzələ olub
25.07.2026, 18:28 GÜNDƏM
-
"Sədərək" və "Binə" ticarət mərkəzləri bağlanır? - AÇIQLAMA + VİDEO
25.07.2026, 17:34 CƏMİYYƏT
-
SPACE TV-nin İNDİKİ VƏ KEÇMİŞ RƏHBƏRLİYİ ARASNDA GƏRGİNLİK: hansı doğru danışır? - AÇIQLAMALAR
25.07.2026, 17:03 PRESS
-
Rumıniya ölkənin hava məkanında iki gün ərzində ikinci PUA-nı vurub
25.07.2026, 16:57 DÜNYA
-
Bakı-Tbilisi qatarı yarıyolda qalıb -SƏBƏB
25.07.2026, 16:20 CƏMİYYƏT
-
Prezident Bakı şəhəri Dağ Yəhudiləri dini icmasının sədrini təltif etdi - SƏRƏNCAM
25.07.2026, 14:03 GÜNDƏM
-
Sabahın hava proqnozu açıqlandı
25.07.2026, 12:56 CƏMİYYƏT
-
“Aqrarkredit”lə bağlı qalmaqal: kimlər həbs edildi?
25.07.2026, 11:27 İQTİSADİYYAT
-
Jurnalistin övladı Böyük Britaniyanın qabaqcıl universitetində oxuyacaq - Dövlət hesabına...
25.07.2026, 10:46 CƏMİYYƏT
-
VI "Yüksəliş" müsabiqəsinin qalibləri mükafatlandırıldı
25.07.2026, 10:34 CƏMİYYƏT
-
Amerikalı ekspert Naxçıvanda: "Zəngəzur dəhlizi təkcə Azərbaycan üçün deyil, bütövlükdə..." - MÜSAHİBƏ
25.07.2026, 09:19 SİYASƏT
-
Azərbaycan nefti 6 dollardan çox ucuzlaşdı
25.07.2026, 09:07 İQTİSADİYYAT
-
Zakir Həsənov: "Xəbər məni dərindən kədərləndirdi"
24.07.2026, 20:34 GÜNDƏM
-
“Space TV”nin bank hesablarına həbs qoyuldu: “Xalq Bank”a borc və... - TELEKANAL KİMİ İTTİHAM EDİR? (YENİLƏNİB)
24.07.2026, 20:24 PRESS
-
Mansur Yavaş kimi seçəcək? – “Onun bizə dəstəyi ilk gündən bəllidir”
24.07.2026, 19:50 SİYASƏT