İran Hörmüz boğazında şok həmləyə hazırlaşır – Dənizə minalanmış delfinlər buraxılacaq?

İran Hörmüz boğazında şok həmləyə hazırlaşır – Dənizə minalanmış delfinlər buraxılacaq?

GÜNDƏM

01.05.2026, 23:59

ABŞ-ın hərbi blokadası səbəbindən iqtisadi böhran cəngində boğulan İran Hörmüz boğazında tarazlığı dəyişdirmək üçün gözlənilməz həmləyə hazırlaşır.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, İran ordusu Hörmüz boğazına sualtı qayıq əməliyyatlarını önlmək üçün “minalanmış delfinlər” buraxmaq planını nəzərdən keçirir: “Hazırda İran ordusu radikal müdafiə strategiyalarının tərkib hissəsi kimi bu variantı nəzərdən keçirir. İran Hörmüz boğazında gələcək üün təhlükə saçan minalanmış delfinlər yerləşdirəcəkmi? İndi günün sualı budur”.

"Wall Street Journal" qəzeti özıəl kəşfiyyat mənbələrinə istinadla yazır ki, İranın müdafiə strategiyası yalnız “canlı bombalar”la məhdudlaşmır: “İnqilab Keşikçiləri strateji su yollarına kamikadze sualtı qayıqlar yerləşdirir. Eyni zamanda boğazdan keçən vacib telefon və internet kabellərini kəsərək qlobal rabitəni pozmaqla hədələyir”.

Samir MUSAYEV

MİA.AZ

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR