İrandan Azərbaycana 55 kq narkotik keçirmək istəyiblər

İrandan Azərbaycana 55 kq narkotik keçirmək istəyiblər

KRİMİNAL

Bugün, 12:43

İrandan Azərbaycana 55 kiloqram 574 qram narkotik vasitənin keçirilməsinin qarşısı alınıb.

Mia.az Dövlət Sərhəd Xidmətinə (DSX) istinadla xəbər verir ki, "Göytəpə" sərhəd dəstəsinin xidməti ərazisində sərhəd axtarışı və əməliyyat tədbirləri keçirilib.

Nəticədə aprel ayının 23-də saat 17:25-də 23 kiloqram 300 qram, aprelin 26-da saat 14:45-də isə 32 kiloqram 274 qram narkotik vasitə marixuana aşkar olunaraq götürülüb.

Faktlar üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir.


Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR