"Məhkumlarla görüşlərin onlayn qeydiyyatı" xidməti istifadəyə verilib
CƏMİYYƏT
30.04.2026, 11:13
Ədliyyə Nazirliyi məhkumlarla görüşlərin daha çevik təşkil edilməsi məqsədilə "Məhkumlarla görüşlərin onlayn qeydiyyatı" xidmətini istifadəyə verib.
Mia.az xəbər verir ki, bu barədə Ədliyyə Nazirliyi məlumat yayıb.
Bildirilib ki, yeni xidmət ziyarətçilərə məhkumlarla görüşlər üçün onlayn qaydada müraciət etməyə, görüşün vaxtını və növünü seçməyə, görüş zamanı gətirilməsi nəzərdə tutulan sovqatın öncədən qeydiyyata alınmasına, həmçinin müraciətin icra statusunu real vaxt rejimində izləməyə imkan yaradır. Xidmətin əsas məqsədi məhkumlarla görüşlərin qeydiyyatı prosesinin rəqəmsallaşdırılması, vətəndaş məmnuniyyətinin artırılması, habelə penitensiar müəssisələrdə sənəd dövriyyəsinin minimuma endirilməsidir.
"Məhkumlarla görüşlərin onlayn qeydiyyatı" xidməti Ədliyyə Nazirliyinin rəsmi veb-saytında "Elektron xidmətlər" bölməsində təqdim edilir. Ziyarətçilər xidmətə daxil olaraq və tələb olunan məlumatları dolduraraq müraciət edə bilərlər. İlk növbədə "myGov ID" və ya şəxsiyyət vəsiqəsinin seriya və nömrəsi ilə identifikasiya həyata keçirilir. Daha sonra görüş üçün onlayn forma (görüşün növü, müəssisə, tarix, iştirakçılar və s.) doldurulur və gətiriləcək sovqatla bağlı məlumat əlavə edilir, müraciət Ədliyyə Nazirliyinin aidiyyəti penitensiar müəssisəsinə göndərilir. Müəssisə tərəfindən müraciət yoxlanılır və təsdiqləndikdə vətəndaşa SMS bildiriş göndərilir.
Görüşlər yalnız əvvəlcədən müəyyən edilmiş tarix və saatda keçirilir. Hazırda elektron xidmətin pilot qaydada 4 saylı cəzaçəkmə müəssisəsində tətbiqinə başlanılıb. Mərhələli şəkildə Ədliyyə Nazirliyinin bütün penitensiar müəssisələrində xidmətin tətbiqi həyata keçiriləcək.
Qeyd edək ki, yeni elektron xidmət vətəndaşlarla penitensiar müəssisələr arasında qarşılıqlı əlaqəni rəqəmsal mühitə daşıyır və görüş müraciətlərinin şəffaf, sürətli və izlənilə bilən şəkildə idarə olunmasını təmin edir.
Dİgər xəbərlər
SON XƏBƏRLƏR
-
QARABAĞA NÖVBƏTİ KÖÇ OLUB
Bugün, 11:59 GÜNDƏM
-
Netanyahu canlı yayımda ağzından dövlət sirrini qaçırdı: "İran oğluma sui-qəsd cəhdi etdi"
Bugün, 11:52 GÜNDƏM
-
Hörmüz boğazında daha bir tanker vurulub
Bugün, 11:37 GÜNDƏM
-
Süleymançılar təriqətinə qarşı növbəti əməliyyat: 54 nəfər həbs olunub, 14 şirkətə qəyyum göndərilib
Bugün, 11:37 SİYASƏT
-
TƏBİB rəhbərindən daha br təyinat - Teymur Mirzəbəyli direktor oldu (FOTO)
Bugün, 11:19 CƏMİYYƏT
-
Xalq artisti Tofiq Bakıxanovla vida mərasimi keçirilir
Bugün, 11:11 MƏDƏNİYYƏT
-
LAMİYƏ ZAMANIN GÜZGÜ ÜZƏRİNDƏ PORTRET ƏSƏRİNİN TƏQDİMATI OLDU - FOTOLAR
Bugün, 11:04 MƏDƏNİYYƏT
-
Kürəkən yatmış vəziyyətdə qayınatasını öldürüb
Bugün, 11:00 KRİMİNAL
-
“Hadrut fatehi”nin xanımı da tələbə oldu
Bugün, 10:56 CƏMİYYƏT
-
MALİYYƏ NAZİRLİYİ İLƏ AAYDA-nın YOXLAMALARI: nəticə cəmiyyətə niyə açıqlanmadı?
Bugün, 10:48 İQTİSADİYYAT
-
Ermənistanın sabiq prezidenti və oğlu qandallandı
Bugün, 10:31 GÜNDƏM
-
Faiz müqabilində borc verilməsi... - Ali Məhkəmə sələmçilərlə bağlı yeni izahat yaydı
Bugün, 10:28 CƏMİYYƏT
-
Azərbaycan təhsil tarixində yeni rekord qeydə alınıb - Bu ixtisasa keçid balı..
Bugün, 10:02 GÜNDƏM
-
Azərbaycan nefti 2 dollar ucuzlaşdı
Bugün, 09:45 İQTİSADİYYAT
-
İsrail Qəzzada Su Təmizləmə Stansiyasını bombalayıb - Çoxsaylı ailələrdən təcili evlərini tərk etməyi tələb olunub
Bugün, 09:13 DÜNYA
-
İspaniya komandasında gərginlik - Hücumçu "Beşiktaş"a görə məşqə çıxmır
Bugün, 09:04 İDMAN
-
Türkiyə super liqası: "Kocaelispor" "Amedspor"a şans vermədi
Bugün, 00:50 İDMAN
-
"Real Madrid"də futbolçuların maaşı... - TAM SİYAHI
Bugün, 00:38 İDMAN
-
Rusiyalı akrobat səhnədə yıxıldı, 11 sümüyü qırıldı - Fantastik təzminat iddiası qaldırdı
Bugün, 00:27 MƏDƏNİYYƏT
-
ABŞ qonşu ölkəyə əlavə tarif tətbiq elədi, Vitse-prezident isə təhdid yağdırdı: "Biz olmasaq, sizi işğal edərlər"
Bugün, 00:20 GÜNDƏM
-
Avtoritet "zapravka"da belə vuruldu - FOTO
Bugün, 00:20 KRİMİNAL
-
Rusiya ordusu Odessaya zərbə endirdi
Bugün, 00:14 GÜNDƏM
-
İRANDAN ABŞ-a ƏKS-HÜCUM XƏBƏRDARLIĞI: "Əgər bizə hər hansı zərbə olarsa..."
Bugün, 00:09 GÜNDƏM
-
"Trabzonspor" Salahın keçmiş komanda yoldaşını da heyətə cəlb elədi - 2 illik müqavilə və...
Bugün, 00:06 İDMAN
-
Heydər Əliyev Mərkəzi Ukrayna bayrağının rəngləri ilə işıqlandırılıb
24.08.2026, 23:20 SİYASƏT
-
Aygün Kazımova indi də belə gündəmə gəldi
24.08.2026, 22:32 ŞOU-BİZNES
-
Nərgiz Cəlilova yenidən efirə qayıdır
24.08.2026, 22:26 PRESS
-
Seymur Salahzadə Ukraynada saxlanılıb
24.08.2026, 20:22 KRİMİNAL
-
Prezident İlham Əliyevin Özbəkistana dövlət səfəri başa çatıb
24.08.2026, 20:17 GÜNDƏM
-
Kenan Yıldız ağır zədə aldı - İki ay oynamayacaq
24.08.2026, 19:23 İDMAN
-
Mikayıl Cabbarov "Özbəkistan 24" telekanalına müsahibə verib
24.08.2026, 18:45 İQTİSADİYYAT
-
İXTİSAS SEÇİMİNİN NƏTİCƏLƏRİ AÇIQLANDI - Boş qalan yerlərə nə vaxt qəbul aparılacaq?
24.08.2026, 18:35 GÜNDƏM
-
Heydər Əliyev Fondunun vitse-prezienti Özbəkistan prezidentinin qızları ilə bir arada - FOTO
24.08.2026, 18:00 CƏMİYYƏT
-
APARAT RƏHBƏRİ DƏYİŞDİ - Komitədə yeni təyinatlar
24.08.2026, 17:55 GÜNDƏM