Prezidentin köməkçisi Santamaria ilə görüşdə: "Ölkələrimiz arasında siyasi dialoq..." - FOTO

Prezidentin köməkçisi Santamaria ilə görüşdə: \"Ölkələrimiz arasında siyasi dialoq...\" - FOTO

SİYASƏT

29.04.2026, 23:56

Prezidentin köməkçisi Hikmət Hacıyev Azərbaycanda səfərdə olan Kolumbiyanın xarici işlər nazirinin müavini Xuana Kastro Santamaria ilə görüşüb.

Mia.az xəbər verir ki, Prezidentin köməkçisinin sözlərinə görə, xanım Santamaria ilə səmərəli müzakirələr aparıb:

"Ölkələrimiz arasında siyasi dialoqun hazırkı səviyyəsi ümidvericidir. İqtisadi və ticari, mədəni və humanitar, turizm və insanlararası mübadilələr sahələrində əməkdaşlığı genişləndirmək üçün mühüm potensial mövcuddur".

Həm Azərbaycan, həm də Kolumbiyanın mina problemindən əziyyət çəkdiyini vurğulayan H. Hacıyev Kolumbiyanın XİN başçısının müavini ilə bu sahədə əməkdaşlıq və təcrübə mübadiləsi imkanlarını müzakirə etdiklərini diqqətə çatdırıb: "Azərbaycanda ispan dilinin təşviqinə verdiyi dəstəyə görə Kolumbiya tərəfinə minnətdarlığımızı bildiririk".

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR