Türkiyə-Ermənistan İşçi Qrupu toplandı - Nələr müzakirə edildi?  

Türkiyə-Ermənistan İşçi Qrupu toplandı - Nələr müzakirə edildi?  

SİYASƏT

Bugün, 17:14

Türkiyə və Ermənistan arasında Birgə İşçi Qrupu bu gün toplanıb.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, bu haqda XİN məlumat yayıb.

Türkiyə XİN-in məlumatına əsasən, iclasda bir çox məsələlərlə yanaşı, Qars-Gümri dəmir yolunun mümkün qədər tez istifadəyə verilməsi əsas müzakirə mövzularından biri olub: “Türkiyə-Ermənistan Normallaşdırma Prosesi çərçivəsində əldə edilən razılaşma çərçivəsində Qars-Gümri dəmir yolunun bərpası və istismara verilməsi üçün yaradılmış Türkiyə-Ermənistan Birgə İşçi Qrupunun iclası bu gün Qarsda keçirilib. Tərəflər regional nəqliyyat əlaqələrinin inkişaf etdirilməsi çərçivəsində Qars-Gümri dəmir yolunun mümkün qədər tez istifadəyə verilməsinin vacibliyini xüsusi vurğulayıblar”

Firudin Səfərli

MİA.AZ

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR