Çexiyanın Baş naziri Azərbaycana gəldi - Prezidentlə görüş oldu (FOTOLAR, Yenilənib)

Çexiyanın Baş naziri Azərbaycana gəldi - Prezidentlə görüş oldu (FOTOLAR, Yenilənib)

GÜNDƏM

Bugün, 12:32

Qəbələdə aprelin 27-də Çex Respublikasının Baş naziri Andrey Babişin rəsmi qarşılanma mərasimi olub.

Mia.az xəbər verir ki, hər iki ölkənin Dövlət bayraqlarının dalğalandığı meydanda Çexiyanın Baş nazirinin şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.

Azərbaycan Prezidenti İlham Əliyev Çexiyanın Baş naziri Andrey Babişi qarşıladı.

Fəxri qarovul dəstəsinin rəisi Çexiyanın Baş nazirinə raport verdi.

Çex Respublikasının və Azərbaycan Respublikasının Dövlət himnləri səsləndirildi.

Fəxri qarovul dəstəsi hərbi marşın sədaları altında Azərbaycan Prezidenti İlham Əliyevin və Çexiyanın Baş naziri Andrey Babişin qarşısından keçdi.

Azərbaycan nümayəndə heyətinin üzvləri Baş nazir Andrey Babişə, Çexiya nümayəndə heyətinin üzvləri isə Prezident İlham Əliyevə təqdim olundu.

Sonra rəsmi foto çəkdirildi.

***

Qəbələdə aprelin 27-də Azərbaycan Prezidenti İlham Əliyevin Çex Respublikasının Baş naziri Andrey Babişlə təkbətək görüşü keçirilib.

Mia.az xəbər verir ki, məlumatı Prezidentin mətbuat xidməti yayıb.

***

Azərbaycan Prezidenti İlham Əliyevin Qəbələdə Çex Respublikasının Baş naziri Andrey Babişlə geniş tərkibdə görüşü keçirilir.

Mia.az xəbər verir ki, məlumatı Prezidentin Mətbuat Xidməti yayıb.

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR