Gələn həftə intensiv yağış yağacaq - XƏBƏRDARLIQ

Gələn həftə intensiv yağış yağacaq - XƏBƏRDARLIQ 

CƏMİYYƏT

Bugün, 15:40

Azərbaycanın əsasən dağlıq və dağətəyi rayonlarında aprelin 27-si gündüzdən 28-i gündüzədək hava şəraitinin fasilələrlə yağıntılı olacağı gözlənilir.

Bu barədə Mia.az-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.

Bildirilib ki, ayrı-ayrı yerlərdə yağıntının qısamüddətli intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi, yüksək dağlıq ərazilərdə qar yağacağı ehtimalı var.

Yağıntılarla əlaqədar çaylarda sululuğun artacağı, Böyük və Kiçik Qafqazın bəzi çaylarından qısamüddətli sel keçəcəyi ehtimal olunur.

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR