CNN: Tramp Uitkoff və Kuşneri İranla danışıqlar üçün Pakistana göndərir

CNN: Tramp Uitkoff və Kuşneri İranla danışıqlar üçün Pakistana göndərir

SİYASƏT

Bugün, 20:28

ABŞ Prezidenti Donald Tramp xüsusi elçisi Stiv Uitkoff və müşaviri Cared Kuşneri bu həftəsonu İranla keçiriləcək danışıqlarda iştirak etmək üçün Pakistana göndərir.

Bu barədə CNN ABŞ administrasiyasının iki nümayəndəsinə istinadən məlumat yayıb.

Onların məlumatına görə, ABŞ-nin vitse-prezidenti Cey Di Vens görüşə qoşulmayacaq, çünki İran parlamentinin spikeri Məhəmməd Baqer Qalibaf orada iştirak etməyəcək. Ağ Evdə Qalibaf İran nümayəndə heyətinin rəhbəri və Vens üçün müvafiq səviyyəli danışıqçı kimi nəzərdən keçirilir.

Eyni zamanda, vitse-prezident danışıqlar uğurla inkişaf edəcəyi təqdirdə onlara qoşulmağa və İslamabada yollanmağa hazırdır. Bununla yanaşı, onun komandasının nümayəndələri artıq Pakistandadırlar və danışıqlar prosesində iştirak edirlər.

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR