Okan Buruk "Fənərbağça" derbisinin 11-liyini müəyyənləşdirir

Okan Buruk \"Fənərbağça\" derbisinin 11-liyini müəyyənləşdirir

İDMAN

Bugün, 13:10

"Qalatasaray" "Fənərbağça" derbisinin hazırlıqlarını davam etdirir.

Mia.az Türkiyə mtbuatına istinadla xəbər verir ki, baş məşqçi Okan Buruk çətin oyunda meydana çıxaracağı əsas heyət üzvlərini müəyyənləşdirməyə çalışır.

Uğurcan Çakır "Qalatasaray"ın qapısında olacaq.

Roland Sallai-nin müdafiənin sağ cinahında, İsmayıl Yakobsun isə sol cinahda oynayacağı gözlənilir.

Mərkəzi müdafiə cütlüyündə Davinson Sançez və Əbdülkərim Bardakçı yer alacaq.

Yarımmüdafiədə Qabriel Sara Mario Lemina və Lukas Torreyradan əvvəl start heyətində yer almaq üçün güclü namizəddir. Bununla belə, Yunus Akgün 10 nömrəli mövqedə də oynaya bilər.

Leroy Sane hücumun sağ cinahında, Barış Alper Yılmaz isə sol cinahda oynayacaq.

Viktor Osimhen isə forvardda oynayacaq.

Fərid

MİA.AZ

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR