Küveytin İraqla sərhəddəki buraxılış məntəqələrinə PUA ilə hücum edilib

Küveytin İraqla sərhəddəki buraxılış məntəqələrinə PUA ilə hücum edilib

DÜNYA

Bugün, 15:12

Pilotsuz uçuş aparatı (PUA) Küveyt ərazisində, İraqla sərhəddə yerləşən iki sərhəd buraxılış məntəqəsinə hücum edib.

Bu barədə Yaxın Şərq mediası Küveyt hərbçilərinin bəyanatına istinadən məlumat yayıb.

Məlumata görə, hücum bu gün səhər saatlarında baş verib, yaralanan yoxdur. Həmçinin qeyd olunub ki, PUA-lar İraq ərazisindən buraxılıb, lakin PUA-ların hansı ölkəyə məxsus olduğu dəqiqləşdirilmir.

"Bu gün səhər saatlarında Küveytin iki şimal quru sərhəd postu İraqdan buraxılan və optik-lifli kabellərlə idarə olunan, partlayıcı ilə doldurulmuş iki PUA-nın tətbiqi ilə cinayətkar hücuma məruz qalıb. Nəticədə maddi ziyan dəyib, lakin insan tələfatı olmayıb", - məlumatda bildirilib./Report

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR