Azərbaycan və Lüksemburq xarici işlər nazirlikləri arasında siyasi məsləhətləşmələr keçirilib
SİYASƏT
24.04.2026, 20:26
Lüksemburqda Azərbaycan ilə Lüksemburq Böyük Hersoqluğunun Xarici İşlər Nazirlikləri arasında siyasi məsləhətləşmələr keçirilib.
Bu barədə Mia.az-a Azərbaycanın Xarici İşlər Nazirliyindən məlumat verilib.
Bildirilib ki, Azərbaycan nümayəndə heyətinə xarici işlər nazirinin müavini Fariz Rzayev, Lüksemburq tərəfinə isə bu ölkənin Xarici və Avropa İşləri Nazirliyinin Siyasi Departamentinin rəhbəri Veronik Dokendorf rəhbərlik edib.
Məsləhətləşmələr zamanı tərəflər ikitərəfli əməkdaşlıq məsələləri üzrə geniş fikir mübadiləsi aparıblar. Bu çərçivədə siyasi əlaqələrin mövcud vəziyyəti və inkişaf perspektivləri, konsulluq sahəsində əməkdaşlıq, iqtisadi münasibətlər, habelə təhsil, elm və mədəniyyət sahələrində humanitar əlaqələr nəzərdən keçirilib.
Tərəflər davamlı siyasi dialoqun təmin olunması baxımından qarşılıqlı səfərlərin və beynəlxalq tədbirlər çərçivəsində təmasların əhəmiyyətini vurğulayıblar.
Beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq, o cümlədən namizədliklərin qarşılıqlı dəstəklənməsi məsələləri müzakirə olunub.
Məsləhətləşmələr zamanı regionda mövcud vəziyyət, Ermənistan–Azərbaycan normallaşma prosesi, işğaldan azad edilmiş ərazilərimizdə həyata keçirilən genişmiqyaslı bərpa, yenidənqurma və minatəmizləmə işləri, eləcə də qarşılıqlı maraq doğuran beynəlxalq məsələlər barədə ətraflı fikir mübadiləsi aparılıb.
Səfər çərçivəsində F.Rzayev həmçinin Lüksemburqda bir sıra işgüzar görüşlər keçirib, eləcə də Lüksemburq Universitetində dəyirmi masa formatında təşkil olunan müzakirələrdə iştirak edib.
Dİgər xəbərlər
SON XƏBƏRLƏR
-
CNN: Tramp Uitkoff və Kuşneri İranla danışıqlar üçün Pakistana göndərir
24.04.2026, 20:28 SİYASƏT
-
Azərbaycan və Lüksemburq xarici işlər nazirlikləri arasında siyasi məsləhətləşmələr keçirilib
24.04.2026, 20:26 SİYASƏT
-
Xankəndidə şəhərdaxili avtobus marşrutları fəaliyyətə başlayır
24.04.2026, 20:24 CƏMİYYƏT
-
Bakıda bəzi marşrut avtobuslarının hərəkət istiqaməti dəyişdirilir
24.04.2026, 20:22 CƏMİYYƏT
-
Ombudsman növbəti qəbul keçirib
24.04.2026, 19:16 CƏMİYYƏT
-
Çexiya Baş nazirinin Azərbaycana səfər tarixi rəsmən elan edilib
24.04.2026, 19:14 SİYASƏT
-
MEDİA: Agentliyin yaydığı məlumat yanlışdır
24.04.2026, 18:19 CƏMİYYƏT
-
Meksika səfiri Naxçıvanda əməkdaşlıq imkanlarını müzakirə edib
24.04.2026, 18:08 SİYASƏT
-
Yaponiya Hörmüz boğazı ətrafındakı gərginliyə görə ehtiyatlarından 20 günlük neft buraxır
24.04.2026, 17:25 DÜNYA
-
Əraqçi Pakistan, Oman və Rusiyaya səfər edəcək
24.04.2026, 17:19 DÜNYA
-
İsveçrə Tehrandakı səfirliyinin fəaliyyətini tədricən bərpa edir
24.04.2026, 17:15 DÜNYA
-
Dollar neçəyə olacaq? - Mərkəzi Bank 3 günlük məzənnəni açıqladı
24.04.2026, 17:00 İQTİSADİYYAT
-
BMT Hörmüz böhranı ilə bağlı xəbərdarlıq edir: 30 milyon insan yoxsulluğa sürüklənəcək
24.04.2026, 16:53 DÜNYA
-
Tramp: Zaman İranın xeyrinə işləmir
24.04.2026, 16:44 DÜNYA
-
Naftalanda küləyin sürəti 28 m/s-dək güclənir - FAKTİKİ HAVA
24.04.2026, 16:35 CƏMİYYƏT
-
İran: Neft infrastrukturumuza hücum edilərsə, Səudiyyə Ərəbistanının enerji obyektləri hədəfə alınacaq
24.04.2026, 16:06 DÜNYA
-
MİQ müsabiqəsində iştirak üçün ödənişin məbləği təsdiqlənib
24.04.2026, 16:02 CƏMİYYƏT
-
Kamran Əliyev İran səfiri ilə regional hadisələri və ikitərəfli əlaqələri müzakirə edib
24.04.2026, 15:59 SİYASƏT
-
Əli Əsədov Gürcüstanın Azərbaycandakı səfirini səlahiyyətinin bitməsi ilə bağlı qəbul edib
24.04.2026, 15:56 SİYASƏT
-
Ukrayna ordusu Taqanroqdakı hərbi müəssisəni "Neptun" raketləri ilə vurub
24.04.2026, 15:14 DÜNYA
-
Küveytin İraqla sərhəddəki buraxılış məntəqələrinə PUA ilə hücum edilib
24.04.2026, 15:12 DÜNYA
-
AZAL: Naxçıvana səfər planlaşdıran sərnişinlərə biletləri əvvəlcədən əldə etməyi tövsiyə edirik
24.04.2026, 15:11 CƏMİYYƏT
-
Almaniya və Fransa Aİ-nin gələcək büdcəsinə dair əks mövqe tuturlar
24.04.2026, 14:46 DÜNYA
-
Ukrayna DİN rəsmisi: Nazir mülki vətəndaşlara özünümüdafiə üçün silah daşıma hüququnu dəstəkləyir
24.04.2026, 14:43 DÜNYA
-
Marko Yankoviç hakimi ölümlə hədələdi - Onun cəriməsi nə qədər olacaq?
24.04.2026, 14:16 İDMAN
-
XİN: Bakının çoxtərəfli diplomatiya üçün önəmli mərkəz qismində əhəmiyyəti artır
24.04.2026, 14:07 SİYASƏT
-
Tehran aeroportu aprelin 25-dən fəaliyyətini bərpa edəcək
24.04.2026, 13:51 DÜNYA
-
Azərbaycan ilə Çexiya Müdafiə nazirlikləri arasında "İkitərəfli hərbi əməkdaşlıq planı" imzalanıb
24.04.2026, 13:24 SİYASƏT
-
Prezidentin II Dünya müharibəsi iştirakçılarına yardım sərəncamı 2 minə yaxın şəxsə şamil olunacaq
24.04.2026, 13:22 GÜNDƏM
-
Norveç 16 yaşdan kiçik uşaqların sosial mediaya çıxışını qadağan etməyə hazırlaşır
24.04.2026, 13:17 DÜNYA
-
"Fənərbağça"da derbi 11-liyi müəyyənləşir
24.04.2026, 13:12 İDMAN
-
Okan Buruk "Fənərbağça" derbisinin 11-liyini müəyyənləşdirir
24.04.2026, 13:10 İDMAN
-
Azərbaycan XİN Ermənistanda Türkiyə bayrağının yandırılmasını pisləyib
24.04.2026, 13:08 SİYASƏT
-
Hərbi Prokurorluq və Milli Müdafiə Universiteti arasında memorandum imzalanıb
24.04.2026, 12:36 GÜNDƏM