"Space"dəki yoxlamaların pərdəarxası... - Televiziyalar birləşir  

\"Space\"dəki yoxlamaların pərdəarxası... - Televiziyalar birləşir  

PRESS

22.04.2026, 13:05

"Space" televiziyasının baş drektoru Vado Korovinin istefaya göndərilməsi bu telekanalla bağlı müxtəlif mülahizələrin ortaya çıxmasına səbəb olub.Yerli mətbuatda və sosial mediada "Space TV-nin bağlanacağına dair ehtimallar irəli sürülüb. 

MİA.az bu mövzuda maraqlı məlumat əldə edib.

Adıçəkilən telekanalın məşhur əməkdaşlarindan biri saytımıza açıqlamasında telekanalda aparılan yoxlamaların pərdəarxasına aydınlıq gətirib. Onun sözlərinə görə, hazırda "Space"nin bağlanması deyil, başqa bir televiziya kanalı ilə birləşməsi müzakirə mövzusudur. 

Tanınmış aparıcı Azərbaycanda fəaliyyət göstərən telekanalların sayının bu ilin sonuna kimi azalacağını iddia edib. Bildirib ki, birləşmə prosesi AzTV, İTV və ReAL TV istisna olmaqla, digər kanalların hamısını əhətə edəcək. 

"Azərbaycanda belə bir təcrübə mövcuddur. Ötən il " Xalq qəzəti" ilə "Respublika" qəzəti birləşdi. Bu il isə Medianın İnkişafı Agentliyi ilə Sosial Tədqiqatlar Mərkəzi, həmçinin Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzi ilə Beynəlxalq Multikulturalizm Mərkəzi birləşdi. Yaxın aylarda telekanalların da birləşməsinin şahidi olacağıq", - müsahibimiz belə deyib.

Ləman

MİA.AZ

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR