Dövlət Xidmətinin 8 vəzifəli şəxsi həbs edilib
GÜNDƏM
Bugün, 10:16
Hərbi xidmətdən möhlət hüququnun verilməsi müqabilində rüşvət almaqda təqsirləndirilən 8 vəzifəli şəxs həbs edilib.
Mia.az xəbər verir ki, bu barədə Baş Prokurorluq və Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin birgə məlumatında qeyd olunub.
Bildirilib ki, xidmətdən daxil olan və Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində əldə edilmiş məlumatlar əsasında Xidmətin Qaradağ rayon idarəsi, Saatlı, Cəbrayıl və Ağdaş rayon şöbələrinin vəzifəli şəxslərinin qanunsuz hərəkətləri ilə bağlı Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işləri başlanıb.
İstintaq və əməliyyat-axtarış tədbirləri ilə həmin idarə və şöbələrin vəzifəli şəxsləri tərəfindən xidməti vəzifələrinin icrası ilə əlaqədar ayrı-ayrı şəxslərin hərbi təlim toplanışlarına cəlb edilməkdən yayındırılması, hərbi xidmətdən möhlət hüququnun verilməsi, ölkədən çıxışına məhdudiyyət tətbiq edilməməsi və digər bu kimi məqsədlərlə müxtəlif məbləğlərdə rüşvət almalarına əsaslı şübhələr müəyyən edilib.
Toplanmış sübutlar əsasında Xidmətin Ağdaş rayon şöbəsinin rəisi Nurlan Abbasov, həmin Şöbənin həqiqi hərbi xidmətə çağırış bölməsinin rəisi Şahlar Usubəliyev, həmin Şöbənin həqiqi hərbi xidmətə çağırış bölməsinin zabiti Taleh İsmayılov, Xidmətin Saatlı rayon şöbəsinin rəisi Murad Əhmədov, həmin Şöbənin səfərbərlik hazırlığı və səfərbərlik bölməsinin zabiti Araz Kərimli, Xidmətin Cəbrayıl rayon şöbəsinin rəis müavini - səfərbərlik hazırlığı və səfərbərlik bölməsinin rəisi Niyam Mədətsoylu, Xidmətin Qaradağ rayon idarəsinin səfərbərlik hazırlığı və səfərbərlik şöbəsinin zabitləri Etibar Əliyev və Şamil Alıyevə Cinayət Məcəlləsinin müvafiq olaraq 311.3.1, 311.3.2, 311.3.3-cü (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən təkrarən külli miqdar rüşvət alınması) maddələri ilə ittiham elan edilib, istintaq orqanının vəsatətləri və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun təqdimatları əsasında Bakı Hərbi Məhkəməsinin qərarları ilə barələrində həbs (əsas) və vəzifədən kənarlaşdırma (əlavə) növündə qətimkan tədbirləri seçilib.
Dİgər xəbərlər
SON XƏBƏRLƏR
-
ABŞ dövlət katibi Rubio İranın Dünya Kubokundan kənarlaşdırılacağı ilə bağlı iddiaları yalanlayıb
Bugün, 12:07 DÜNYA
-
Marek Hamşik Slovakiya Millisinin baş məşqçisi olacaq
Bugün, 12:00 İDMAN
-
Gergios Donis Səudiyyə Ərəbistanı millisinin baş məşqçisi oub
Bugün, 11:56 İDMAN
-
Mərc edərək 400.000 dollar qazanan ABŞ əsgəri həbs edilib.
Bugün, 11:52 DÜNYA
-
Krit adasında 5,7 bal gücündə zəlzələ olub
Bugün, 11:48 DÜNYA
-
Fransa və Polşa Rusiyaya qarşı nüvə təlimlərinə hazırlaşır
Bugün, 11:40 DÜNYA
-
Nərimanovda mağazadan 100 min manat dəyərində qızıl oğurlanıb
Bugün, 11:37 KRİMİNAL
-
ABŞ Putini G20 sammitinə dəvət etməyi planlaşdırır
Bugün, 11:34 DÜNYA
-
DİN əməliyyat keçirib, 49 kiloqramdan artıq narkotik aşkarlanıb
Bugün, 11:30 KRİMİNAL
-
"Beşiktaş" ulduz futbolçunu transfer etməyə yaxınlaşır - DETALLAR
Bugün, 11:23 İDMAN
-
Milli Məclisin növbəti iclasının vaxtı və tarixi məlum olub
Bugün, 11:11 CƏMİYYƏT
-
Joao Pereira: "Bu gün arzumuz sona çatdı"
Bugün, 10:55 İDMAN
-
Sergen Yalçın: "Yeganə düşüncəmiz kuboku qazanmaqdır"
Bugün, 10:51 İDMAN
-
"Bornmut" Malik Tillmanı heyətinə qatmaq istəyir - DETALLAR
Bugün, 10:46 İDMAN
-
Moskvada "Roskomnadzor" rəhbərliyinə qarşı terror aktının qarşısı alınıb
Bugün, 10:43 DÜNYA
-
Paşinyan: Ermənistanda onlarla yaşayış məntəqəsi boşdur
Bugün, 10:41 DÜNYA
-
Kəlbəcər və Laçına sulu qar yağıb
Bugün, 10:37 CƏMİYYƏT
-
Azərbaycana məxsus 5 gəmi Avropa İttifaqının sanksiya siyahısından çıxarılıb
Bugün, 10:36 İQTİSADİYYAT
-
Azərbaycan nefti 113 dollara satılır
Bugün, 10:26 İQTİSADİYYAT
-
Yunanıstanda güclü zəlzələ olub
Bugün, 10:25 DÜNYA
-
Dövlət Xidmətinin 8 vəzifəli şəxsi həbs edilib
Bugün, 10:16 GÜNDƏM
-
"Mançester Yunayted" Miki van de Veni transfer etmək istəyir
Bugün, 10:09 İDMAN
-
"Arsenal" Alvaro Karrerası transfer etməyə hazırlaşır
Bugün, 09:35 İDMAN
-
"Fənərbağça" Osimhen ilə bağlı TFF-yə müraciət edib
Bugün, 09:26 İDMAN
-
Junior Olaitan: "Çempion olmaq istəyirik"
Bugün, 00:45 İDMAN
-
Sebastian Han: "Məğlubiyyətə görə çox kədərlənirik"
Bugün, 00:39 İDMAN
-
Azərbaycan BMT-nin mühüm Konvensiyasına qoşulub
Bugün, 00:36 SİYASƏT
-
Fatih Tekke: "Bizim baxışımızdan oyunun ilk hissəsi çox müsbət deyildi"
Bugün, 00:32 İDMAN
-
Zelenski Qafqaz ölkələrinə HHM sahəsində əməkdaşlıq təklif edib
Bugün, 00:31 DÜNYA
-
Ukrayna milli komandasında Rebrov dövrü başa çatıb
Bugün, 00:26 İDMAN
-
Lautaro Martines yaşıl meydanlara qayıtmağa hazırlaşır
Bugün, 00:18 İDMAN
-
"Mançester Yunayted" 16 yaşlı gənc ulduzu transfer etmək istəyir
Bugün, 00:11 İDMAN
-
Lamin Yamal zədələnib - Mövsümü bağladı
Bugün, 00:03 İDMAN
-
Paşinyan: Türkiyə bayrağının yandırılması təxribatçı davranışdır
23.04.2026, 23:20 DÜNYA