Ceyhun Bayramov Banqkokda: nazirlər görüşüb - FOTO

Ceyhun Bayramov Banqkokda: nazirlər görüşüb - FOTO

SİYASƏT

Bugün, 12:21

Xarici işlər naziri Ceyhun Bayramov Banqkoka işgüzar səfəri çərçivəsində Tailand Krallığının Baş nazir müavini və xarici işlər naziri Sihasak Phuangketkeou ilə görüş keçirib.

Mia.az xəbər verir ki, bu barədə XİN-in "X" sosial media hesabında məlumat yayılıb.

Bildirilib ki, görüş zamanı tərəflər ikitərəfli münasibətlərin hazırkı vəziyyəti və gələcək perspektivləri müzakirə ediblər.

Siyasi dialoq, iqtisadi və ticarət əlaqələri, eləcə də mədəniyyət və turizm sahələrində əməkdaşlığın genişləndirilməsi üçün ciddi potensialın olduğu vurğulanıb.

Həmçinin, Azərbaycanın 2025-ci ilin dekabrında Tailandda səfirliyinin açılması və iki ölkənin XİN-ləri arasında ilk siyasi məsləhətləşmələrin keçirilməsi münasibətlərin institusional əsaslarının gücləndirilməsi baxımından mühüm mərhələ kimi qeyd olunub.

BMT-nin Asiya və Sakit Okean üzrə İqtisadi və Sosial Komissiyası kimi çoxtərəfli platformalarda əməkdaşlığın artırılmasının vacibliyi də diqqətə çatdırılıb.

Ceyhun Bayramov həmkarına Azərbaycanın post-münaqişə dövrü sülh gündəliyi, minatəmizləmə fəaliyyəti və azad edilmiş ərazilərdə genişmiqyaslı bərpa-quruculuq işləri barədə məlumat verib.

Tərəflər, həmçinin regional təhlükəsizlik məsələlərini və Yaxın Şərqdəki vəziyyəti də müzakirə ediblər.

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR