Elon Musk Fransada ifadəyə çağırıldı - Açıqlama

Elon Musk Fransada ifadəyə çağırıldı - Açıqlama

DÜNYA

Bugün, 12:10

ABŞ-da yerləşən X sosial media şirkətinin sahibi Elon Maskın şirkətinə qarşı Parisdə cinayət işi açılıb.

Mia.az xarici mətbuata istiandla xəbər verir ki, o, artıq Fransada X ilə bağlı açılmış istintaqda ifadə verməyə çağırılıb.

Məlumata görə, xarici müdaxiləyə icazə vermək üçün alqoritmlərini dəyişdirməkdə və insanlığa qarşı cinayətlər və uşaq istismarı ilə bağlı məzmuna sahib olmaqda ittiham olunan X ilə bağlı istintaq yeni mərhələyə qədəm qoyub.

Paris Dövlət Prokurorluğundan X platformasının sahibi və Tesla şirkətinin baş direktoru Elon Maskın istintaqa çağırılmasını təsdiqləyib: “Ona 24 apreldə istintaqa ifadə verməsi üçün bildiriş göndərilib. Əgər o, gəlməsə belə, bu, istintaqın gedişatına təsir etməyəcək. İstintaq davam edir”.

Firudin Səfərli

MİA.AZ

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR