Pezeşkian “odun üstə su tökdü”, islam ölkələrinə mesaj verdi – “Müharibə heç kimin marağında deyil”

Pezeşkian “odun üstə su tökdü”, islam ölkələrinə mesaj verdi – “Müharibə heç kimin marağında deyil”

SİYASƏT

Bugün, 11:55

İran Prezidenti Məsud Pezeşkian atəşkəs danışıqlarının təhlükəyə girməsi fonunda ABŞ-ın ötən gecə İran gəmisini vurmasından sonra bölgədə müharibə qığılcımın artmasının qarşısını alan bəyanat verib.

Mia.az xarici mətbuata istiandla xəbər verir ki, o, “odun üstə su tkərək” müharibənin heç bir tərəfin marağında olmadığı mesajını verib.

Pezeşkian ədliyyə işçiləriylə görüşdə bildirib ki, gərginlik azaldılmalı və diplomatik vasitələr dövriyə girməlidir. Bununla belə İran prezidenti ABŞ-ın tez-tez dəyişən mövqeynin danışıqlar prosesinə inamsızlıq yaratdığını sözlərinə əlavə edib: “Düzdür, təbii ki, düşmənə qarşı inamsızlıq və münasibətlərdə ehtiyatlılıq qaçılmaz bir zərurətdir. İran İslam Respublikası müharibənin şiddətlənməsini istəmir. Münaqişələrin davam etməsi heç bir tərəfin xeyrinə deyil. Problemlərin həlli gərginliyin artmasında deyil, rasionallıqda, dialoqdadır”

İran prezidenti daha sonra İslam dünyasının birləşməsinin vacibliyinə toxunub: “İslam ölkələri arasında birliyin gücləndirilməsi xarici qüvvələr tərəfindən istismarın qarşısını almaq üçün ən vacib yoldur. Həmrəylik, səmimiyyət və birgə iştirak yolu ilə bu prosesin öhdəsindən gəlmək və ölkələrimizi ləyaqət və tərəqqi yolu inkişaf etdirməkdə mühüm rol oynayacaq”

Tahir

MİA.AZ

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR