İsrail ordusu Livanın cənubundakı evləri sökür

İsrail ordusu Livanın cənubundakı evləri sökür

DÜNYA

Bugün, 00:52

Aprelin 17-dən 10 günlük atəşkəs anlaşmasına baxmayaraq, İsrail ordusu Livanın cənubunda işğal etdiyi iki şəhərdə bir çox evlərin söküntüsünü dayandırmayıb.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu barədə Livanın NNA rəsmi agentliyi məluma yayıb.

Agentliyin xəbərinə görə, İsrail ordusu işğal etdiyi Bayyada və Nakura şəhərlərində gecə yarısından sonra partlayıcı maddələr vasitəsiylə daha 5 evi yerləbir edib: “Bundan başqa, İsrail ordusu bəzi şəhərlərə ikinci dərəcəli yolları torpaq və dağıntılarla bənd atmaqla bağlayıb. Hazırda hərbçilər sərhəd boyunca yerləşən şəhərlərdə çoxsaylı evlərə bombalar yerləşdirməyə davam edir”

Tahir Şəlvəli

MİA.AZ

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR