ABŞ nümayəndə heyəti İslamabada gəlib - İki təyyarə ilə

ABŞ nümayəndə heyəti İslamabada gəlib - İki təyyarə ilə

GÜNDƏM

19.04.2026, 22:52

ABŞ və İran arasında danışıqların ikinci mərhələsi üçün Vaşinqtondan qalxan iki təyyarə az əvvəl İslamabada enib.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, danışıqlar heyətində kimlərin təmsil olunduğu dəqiq açıqlanmasa da, amerikalıların yüksək təhlükəsizlik şəraitindəhava limanından qalacaqları yerə getdikləri bildirilib.

Pakistanın “Geo News” agentliyinin bildirdiyinə əsasən, danşıqların keçiriləcəyi məkanın ətrafında “quş belə uçurulmur”.

Pakistan hökumətindən bildirilib ki, İran nümayəndə heyəti bu gün yenə Pakistan qırıcılarının müşaiyyətiylə İslamabada gələcək.

E.ARAZ

MİA.AZ

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR