Sergen Yalçından məğlubiyyət şərhi: “Səhvlərdən dərs çıxaracağıq”

Sergen Yalçından məğlubiyyət şərhi: “Səhvlərdən dərs çıxaracağıq”

İDMAN

Bugün, 00:06

Türkiyə Super Liqanın 30-cu turunda səfərdə “Samsunspor”a 2-1 hesabı ilə məğlub olan “Beşiktaş”ın baş məşqçisi Sergen Yalçın bu oyunda buraxdıqları səhvlərdən dərs çıxaracaqlarını deyib.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, oyundan sonra jurnalistlərin suallarını cavablandıran Yalçının sözlərinə görə, rəqibin qolları komandasında ruh düşkünlüyi yaradıb: “Əlbəttə ki, buradan gözlənilməz hesabla ayrıldığımız çox ağırdır. Fərdi və komanda performansını müzakirə edəcəyik.Rəqib bizdən daha yaxşı idi və layiqli qalib gəldi. Onları da təbrik edirəm. Harada səhv etdik, nəyin səhv etdik, nəyin düzəldilməsi lazım olduğunu təhlil edəcəyik”.

Məşqçi qeyd edib ki, artıq həftə ərzində çox vacib bir kubok matçına hazırlaşacaqlar: “Bəlkə də bu, bizim üçün mövsümün ən vacib matçı olacaq”.

Fərid ASLAN

MİA.AZ

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR