Abşeron İH-nin tenderi niyə şühbə yaratdı, yaxud Fərzəliyev-Həsənov cütlüyü kimdir? - Maraqlı faktlar + Rəsmi açıqlama (YENİLƏNİB)

Abşeron İH-nin tenderi niyə şühbə yaratdı, yaxud Fərzəliyev-Həsənov cütlüyü kimdir? - Maraqlı faktlar + Rəsmi açıqlama (YENİLƏNİB)

CƏMİYYƏT

Bugün, 09:47

Abşeron Rayon İcra Hakimiyyəti "Premyer Prodakşin" şirkəti ilə satınalma müqaviləsi imzalayıb.

Mia.az Qaynarinfo-ya istinadla xəbər verir ki, qurum şirkətdən Qurban bayramı ilə əlaqədar bayram sovqatları almağı planlaşdırır. Buna görə şirkətə 96 000 manat ödəniləcək.

Bayram sovqatları Abşeron rayonu ərazisində yaşayan şəhid ailələrinə, qazilərə və aztəminatlı ailələrə veriləcək. Satınalmanın şərtlərindən məlum olur ki, bayram sovqatları çəkisi ətlə ölçülən paylardan ibarət olacaq. 3 kiloqramdan ibarət 1600 ədəd pay Xırdalan şəhərində, Masazır, Şəfəq, Hökməli və Mehdiabad qəsəbələrində paylanılacaq.
Təxmini hesablamalara görə, icra hakimiyyətinin şirkətdən aldığı ətin 1 kiloqramı 20 manata düşür. Bazarda ətin kiloqramı 17-19 manat arasında dəyişir.
"Premyer Prodakşin" MMC-yə gəlincə, bu şirkət satınalma müsabiqələrində fəal iştirak edir. Şirkətin qalib gəldiyi müsabiqələrdəki satınalma predmetlərinə diqqət yetirdikdə müəyyən suallar yaranır.
Təsəvvür edin, Abşeron Rayon İcra Hakimiyyətinə ət satan "Premyer Prodakşin” MMC həm jurnal, mədəni tərtibat vasitələri, video avadanlıqları satır, həm də turizm sənayesi üzvləri arasında əlaqələrin gücləndirilməsi ilə məşğul olur. Bəzi hallarda isə çap və mətbəə fəaliyyəti göstərir.
Dövlət Vergi Xidmətinin hüquqi şəxslərin dövlət reyestrinə daxil edilmiş məlumatlarında "PREMYER PRODAKŞİN” (VÖEN: 2700318711) Məhdud Məsuliyyətli Cəmiyyətinin 23.04.2007-ci il tarixdə 11 saylı Ərazi Vergilər Baş İdarəsində dövlət qeydiyyatına alındığı göstərilir. Reyestr məlumatlarında nizamnamə kapitalı 10 manat olan MMC-nin hüquqi ünvanının MİNGƏÇEVİR ŞƏHƏRİ, SABİR, ev 1, mənzil 30, qanuni təmsilçisi kimi isə Məmmədov Səxavət Fazil oğlu olduğu qeyd olunub.
Qeyd edək ki, "PREMYER PRODAKŞİN” MMC 22.05.2020-ci ildən 06.11.2025-ci ilə qədər müxtəlif dövlət qurumları tərəfindən tədbirlərin təşkili, bayram sovqatlarının və həqiyyələrin alınması və sair malların satın alınması üzrə keçirilmiş dəyəri yüz minlərlə manat olan 32 kotirovka sorğusunun qalibi olub.
Dövlət Vergi Xidmətinin reyestr məlumatlarından aydın olur ki, "Premyer Prodakşin” MMC 10 manatlıq nizamnamə kapitalı ilə yaradılıb. Şirkətin qanuni təmsilçisi Məmmədov Səxavət Fazil oğludur. 
Şirkətin hazırda 8739,75 manat vergi borcu var. Qanunvericiliyə görə vergi borcu olan şirkətlər satınalma müsabiqələrində iştirak edə bilməz.
Abşeron Rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyevdir. O, 2022-ci ildən rayona rəhbərlik edir. Abdin Fərzəliyevin icra başçısı kimi karyerası isə 2003-cü ildən başlayır. O, 2003–2005-ci illərdə Nizami rayonunun, 2005–2022-ci illərdə isə Nərimanov rayonunun icra başçısı vəzifəsində çalışıb. 
 Açıklama yok.
Səxavət Məmmədov kimdir?
Məmmədov Səxavət Fazil oğlu vergi ödəyicisi kimi MİNGƏÇEVİR ŞƏHƏRİ, SABİR, ev 1, mən. 30 ünvanda daimi qeydiyyatdadır.
07.07.2023-cü ildə yer alan məlumatlara görə Mədəniyyət naziri Adil Kərimlinin müvafiq əmrinə əsasən Məmmədov Səxavət Fazil oğlu Dağlıq Şirvan Regional Mədəniyyət İdarəsinin rəisi təyin edilib. Xatırladaq ki, Şamaxı rayonunda fəaliyyət göstərən Dağlıq Şirvan Regional Mədəniyyət İdarəsinin əhatə dairəsinə Şamaxı, İsmayıllı, Ağsu və Qobustan rayonları daxildir.
Buna baxmayaraq, bir il sonra Səxavət Məmmədov tutduğu vəzifədən uzaqlaşdırılıb. 
Səxavət Məmmədov fiziki şəxs kimi də çoxlu satınalmaların qalibi olub.
Satınalmalar portalına yerləşdirilmiş məlumatlara görə,  Dövlət Musiqili Teatrı fiziki şəxs Səxavət Məmmədov ilə ötən ilin ikinci yarısında ümimi dəyəri 182 173 manat dəyərində 4 satınalma müqaviləsi bağlayıb.
Ümumilikdə isə Səxavət Məmmədov 2025-ci ildə Mədəniyyət Nazirliyinə tabeli və regionlarda yerləşən teatrlarla ümumi dəyəri 246 868 manat olan 8 satınalma müqaviləsi bağlayıb.
Mia.az xəbər verir ki, bu rayonda bir çox həlli müşkil məsələləri, həmçinin, tikinti, bir sözlə, maliyyə ilə bağlı bir çox məsələləri İcra Hakimiyyətində məsləhətçi vəzifəsi tutan, ancaq ta Nizami rayonundan başlayaraq Nərimanova, oradan da Abşerona İH-yə qədər icra başçısı Abdin Fərzəiliyevlə birgə ayaq döyən Nurlan Həsənov aşırır.
Bəs bir ara mediada Ramiz Mehdiyev-Əli-Həsənovla adı hallanan Nurlan Həsənov-Abdin Fərzəliyev kimdir?  Yaxud həmin vaxtı bu ittihamlardan səksəkəyə düşən Həsənov niyə mərhum əmisinin adıyla qorunmağa can atdı?!
Həmin vaxtı Nurlanı kimlər və niyə müdafiə etdi? Keçmiş Mütəllibovçu bu prosesdə niyə canfəşanlıq edirdi? Onun oğlu ilə Fərzəliyevin şadlıq evini nə bağlayırdı ki... Bəs sonra nə baş verdi?... Və ya o vaxt vasif Talıbov bu mütəllibovçulara niyə həddən ziyadə qəzəbli davrandı?  Maraqlı və təbii ki, bu tip xeyli maraqlı suallar və araşdırma mövzusu var. Bizi izləyin! 
***
Abşeron İH-dən yuxarıdakı yazıyla bağlı Mia.az-a aşağıdakı açıqlama verilib:
"Abşeron rayonunda şəhid ailələrinə və müharibə iştirakçılarına böyük diqqət və qayğı göstərilir. Abşeron RİH-in başçısı Abdin Fərzəliyev şəhidlərin ailə üzvləri və qazilərlə mütəmadi olaraq görüşür, şəhidlərimizin anım və doğum günlərində, eləcə də onların ailə üzvlərinin doğum günlərində evlərinə baş çəkərək onların qayğıları ilə yaxından maraqlanır. Xüsusilə vurğulamaq istərdik ki, I və II Qarabağ müharibəsi şəhidlərinin ailə üzvləri bayram və xüsusi günlərdə ziyarət olunur, onlara mütəmadi olaraq bayram sovqatları təqdim edilir.
Hər il olduğu kimi, cari ildə də Abşeron Rayon İcra Hakimiyyəti tərəfindən “Qurban bayramı” münasibətilə şəhid ailələri, qazilər və aztəminatlı ailələr üçün nəzərdə tutulmuş ət paylarının verilməsi planlaşdırılmışdır.
“Qurban bayramı” tədbirinin təşkil edilməsi üçün bayram sovqatlarının alınması məqsədilə keçirilən satınalma prosesi müvafiq qanunvericiliyin tələblərinə uyğun olaraq «Dövlət satınalmalarının vahid elektron portalı» üzərindən açıq tender üsulu ilə həyata keçirilmişdir. Tender prosesi zamanı şəffaflıq, səmərəlilik və bərabər rəqabət mühiti tam şəkildə təmin olunmuşdur.
Bildiririk ki, həyata keçirilən bütün tədbirlərin əsas məqsədi sosial həssas qruplara dəstəyin gücləndirilməsi, onların rifah halının yaxşılaşdırılması və dövlət qayğısının davamlı şəkildə təmin olunmasıdır. Abşeron Rayon İcra Hakimiyyəti bu istiqamətdə fəaliyyətini bundan sonra da ardıcıl şəkildə davam etdirəcəkdir".
Samir
MİA.AZ

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR