"Yazın, Elmar müəllimə sual verdik, dedi ki..." - Sabiq XİN başçısı Əli Əsədovla bağlı şok iddialara belə reaksiya verdi

\"Yazın, Elmar müəllimə sual verdik, dedi ki...\" - Sabiq XİN başçısı Əli Əsədovla bağlı şok iddialara belə reaksiya verdi

SİYASƏT

18.04.2026, 22:11

“Biznes imperiyası” ilə gündəmə gələn Baş nazir Əli Əsədov barədə müzakirələr davam edir. Yaxın zamanda vəzifəsindən azad ediləcəyi deyilən Ə.Əsədovun 2020-ci ildə keçmiş xarici işlər naziri Elmar Məmmədyarov barəsində məruzəsi yenidən müzakirə obyektinə çevrilib.

Baş nazirin məruzəsindən sonra bu günə qədər Elmar Məmmədyarov “evdən işlədiyi” üçün vəzifəsinin öhdəsindən gələ bilməyən məmur kimi xatırlanırdısa, indi Baş nazir özü tənqid hədəfinə çevrilib.

Mia.az xəbər verir ki, Pravda.az bu barədə E.Məmmədyarovun fikirlərini öyrənməyə çalışıb.

 Sabiq xarici işlər naziri Baş nazir barədə yazılanlarla bağlı suala gülərək belə cavab verib: ““Euronews”da yazırlar ki, “no comment”. Yazın, Elmar müəllimə sual verdik, “Euronews” kimi dedi ki, “no comment...”” 

Xatırladaq ki, Əli Əsədov 2019-cu ildən Baş nazir vəzifəsindədir.

Onunla bağlı bir neçə gün əvvəl dərc olunan sensasiyalı yazıyla buradan tanış ola bilərsiniz:

https://mia.az/w1099543/eli-esedovun-muklerinin-siyahisi-yayildi-neler-yoxmus-ki-video-fotolar

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR