Lənkəranda zəncirvari ağır qəza olub - 7 nəfər xəsarət alıb

Lənkəranda zəncirvari ağır qəza olub - 7 nəfər xəsarət alıb 

KRİMİNAL

Bugün, 09:54

Lənkəranda zəncirvari ağır qəza olub.
Mia.az xəbər verir ki, hadisə Lənkəran-Boradigah-Masallı magistralının Lənkəran rayonunun Girdəni kəndi ərazisində qeydə alınıb.
Belə ki, Lənkəran rayonunun Separadi kənd sakini 1996-cı il təvəllüdlü Elmar Hünər oğlu Cəfərli idarə etdiyi "Renault" markalı nəqliyyat vasitəsi ilə hərəkətdə olarkən Lənkəran rayonunun Vilvan kənd sakini 2002-ci il təvəllüdlü Şərif Şəfi oğlu Hüseynzadənin idarə etdiyi "Toyota Prius" markalı minik avtomobili ilə toqquşub.
"Toyota Prius" isə digər "Toyota" markalı nəqliyyat vasitəsinə çırpılıb. Zəncirvari qəza nəticəsində 7 nəfər, hər iki sürücü və Lənkəran rayonunun Separadi kənd sakinləri 1977-ci il təvəllüdlü Fuad Nayib oğlu Şərifov, 1995-ci il təvəllüdlü Ağadadaş Səməd oğlu Ağazadə, 1978-ci il təvəllüdlü Ramil Rəsul oğlu Məmmədov, eləcə də Lənkəran rayonunun Vilvan kənd sakinləri 1999-cu il təvəllüdlü Elşad Qılman oğlu Musazadə və 1999-cu il təvəllüdlü Ramil Əbülfət oğlu Əzimov müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
Onlar Lənkəran Rayon Mərkəzi Xəstəxanasının təcili yardım şöbəsinə hospitalizasiya olunublar.
Faktla bağlı araşdırma aparılır.

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR