İran münaqişəsində “kürd kartı”: Ankara və Bakının qırmızı xətti - Təhlükəli ssenari, yoxsa...
SİYASƏT
Bugün, 18:33
Yaxın Şərqdə artan gərginlik fonunda İran ətrafında baş verən proseslər yeni və daha təhlükəli geosiyasi ssenariləri gündəmə gətirir.
ABŞ-ın nüfuzlu beyin mərkəzlərindən olan "Jamestown Foundation"-un "Eurasia Daily Monitor" nəşrində analitik Fuad Shahbazovun dərc etdiyi məqalədə - “Türkiye and Azerbaijan Contend With Potential Kurdish Role in Iran Conflict” (“Türkiyə və Azərbaycan İran münaqişəsində mümkün kürd roluna qarşı mövqe tutur”) regionda formalaşan yeni geosiyasi risklər və xüsusilə kürd faktorunun mümkün təsirləri geniş şəkildə təhlil edilir. Analitik yazı bu risklərin mahiyyətini açıq şəkildə ortaya qoyur. Deyim ki, bu barədə dəfələrlə Azərbaycan və Türkiyə mediasında oxşar fikirlər səsləndirilib. Ancaq ABŞ-ın beyin mərkəzində belə bir yazının ortaya çıxması məsələnin aktuallığından və ortada olan təhlükənin reallıq əmsalının getdikcə yüksəlməsindən xəbər verir.
Məqalənin ən diqqətçəkən məqamlarından biri kürd faktorunun artıq real geosiyasi alət kimi nəzərdən keçirilməsidir: “Washington and Tel Aviv reportedly considered providing political and logistical support for Iranian Kurdish militant groups…” (“Vaşinqton və Təl-Əvivin İran kürd silahlı qruplarına siyasi və logistik dəstək verməyi nəzərdən keçirdiyi bildirilir.”)
Bu sitat göstərir ki, kürd silahlı faktorunun aktivləşdirilməsi sadəcə ehtimal deyil, konkret geosiyasi ssenari kimi müzakirə olunub.
Türkiyənin mövqeyi isə bu kontekstdə son dərəcə sərtdir: “Türkiye views potential Kurdish militancy in Iran as a direct national security threat…” (“Türkiyə İran daxilində mümkün kürd silahlı fəaliyyətini birbaşa milli təhlükəsizlik təhdidi kimi qiymətləndirir.”)
Bu yanaşma göstərir ki, Ankara üçün məsələ sırf regional deyil, strateji təhlükəsizlik məsələsidir. Türkiyə İranın parçalanmasına qarşı çıxsa da, bu xəttin keçilməsi halında sərt addımlara hazır olduğunu gizlətmir.
Azərbaycan üçün risklər də açıq şəkildə qeyd olunur: “Azerbaijan fears Kurdish involvement… could destabilize Iran’s northwest… endangering Azerbaijani minorities…” (“Azərbaycan kürd faktorunun İranın şimal-qərbini destabilizə edə biləcəyindən və azərbaycanlı azlıqlar üçün təhlükə yaradacağından narahatdır.”)
Bu qiymətləndirmə göstərir ki, məsələ birbaşa Güney Azərbaycanda yaşayan azərbaycanlıların təhlükəsizliyi ilə bağlıdır və potensial olaraq etnik qarşıdurma riski daşıyır.
Məqalənin ən mühüm strateji tezislərindən biri isə budur: “The Kurdish question has increasingly become a contest among major global powers…” (“Kürd məsələsi getdikcə böyük qlobal güclər arasında rəqabət predmetinə çevrilir.”)
Bu o deməkdir ki, proseslər lokal çərçivədə qalmaya və geniş geosiyasi qarşıdurmanın tərkib hissəsinə çevrilə bilər.
Analitik baxımdan ən təhlükəli ssenari kürd silahlı qruplarının İranın şimal-qərbində möhkəmlənməsi və faktiki nəzarət zonası yaratmasıdır. Belə bir vəziyyətdə: Türkiyə ilə Azərbaycan arasında coğrafi bağlantı zəifləyə, bölgədə yeni “bufer zona” yarana və Türk Dünyasının inteqrasiyasına ciddi maneə formalaşa bilər.
Bu model mahiyyət etibarilə Qarabağ münaqişəsi dövründə yaranmış geosiyasi parçalanma ssenarisini xatırladır.
Belə bir ssenaridə Ankara və Bakının reaksiyası qaçılmaz ola bilər. Kürd faktorunun nəzarətdən çıxması və Güney Azərbaycanda yeni silahlı reallığın formalaşması halında hər iki ölkənin sərt, o cümlədən hərbi addımlar atması ehtimalı yüksək qiymətləndirilir.
"Jamestown Foundation"-un analizi göstərir ki, İran münaqişəsində kürd faktorunun aktivləşdirilməsi region üçün oyun dəyişdirici riskdir. Türkiyə İranın ərazi bütövlüyünü dəstəkləsə də, milli təhlükəsizlik xətti keçilərsə, sərt addımlar atmağa hazırdır. Azərbaycan isə həm etnik, həm də geosiyasi səbəblərə görə bu proseslərin birbaşa təsiri altındadır.
Elbəyi Həsənli, Bakı
MİA.AZ
Dİgər xəbərlər
SON XƏBƏRLƏR
-
13 milyonluq mənfəət, yoxsa 251 milyonluq... – "AccessBank"ın hesabatı sual yaratdı
Bugün, 21:20 İQTİSADİYYAT
-
Mənsur İbrahimli vəfat edib
Bugün, 18:49 PRESS
-
İran münaqişəsində “kürd kartı”: Ankara və Bakının qırmızı xətti - Təhlükəli ssenari, yoxsa...
Bugün, 18:33 SİYASƏT
-
“Kristal Abşeron”da qətl - 27 yaşlı şəxs saxlanıldı
Bugün, 18:01 KRİMİNAL
-
“Karvan-Yevlax” "Şamaxı”nı devirdi
Bugün, 17:40 İDMAN
-
GENERAL VƏZİFƏDƏN AZAD EDİLDİ - Müdafiə Nazirliyində dəyişiklik
Bugün, 11:33 GÜNDƏM
-
"Cənubi Qafqazda biz sadəcə ticarəti düşünmürük" - "Bu gün de-fakto olaraq Ermənistanla sülh içərisində yaşayırıq"
Bugün, 11:31 SİYASƏT
-
İran hava məkanını beynəlxalq uçuşlara qismən açdı
Bugün, 11:12 GÜNDƏM
-
"32 il ad günümü keçirmədim" - Tanınmış jurnalistin ömür yoluna qısa baxış... (FOTOLAR)
Bugün, 10:37 PRESS
-
Lənkəranda zəncirvari ağır qəza olub - 7 nəfər xəsarət alıb
Bugün, 09:54 KRİMİNAL
-
Azərbaycan nefti 11 dollar ucuzlaşdı
Bugün, 09:02 İQTİSADİYYAT
-
Bakıda Qoşulmama Hərəkatı Parlament Şəbəkəsi və ya İstanbul Bəyannaməsi...
Bugün, 00:06 SİYASƏT
-
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Bugün, 00:02 CƏMİYYƏT
-
Mehriban Əliyeva ilə Əminə Ərdoğan tədbirdə - FOTOLAR
17.04.2026, 21:49 GÜNDƏM
-
"Neftçi" son dəqiqədə qələbəni əldən verdi
17.04.2026, 21:44 İDMAN
-
Prezident İlham Əliyev Antalyada Diplomatiya Forumunda - FOTOLAR (YENİLƏNİB)
17.04.2026, 21:28 GÜNDƏM
-
Məşhur aktrisa 1.5 illik evliliyə son qoydu
17.04.2026, 21:06 ŞOU-BİZNES
-
İlham Əliyevlə Ərdoğan görüşüb - Antalyada + FOTO
17.04.2026, 20:36 GÜNDƏM
-
Tramp İranla işbirliyindən danışdı, NATO ilə “məzələndi”: “Boğaz bir daha bağlanmayacaq”
17.04.2026, 20:34 GÜNDƏM
-
Hikmət Hacıyev: "Buna son qoyulduqdan sonra sülh sazişini imzalamağa hazır olacağıq" - VİDEO
17.04.2026, 19:55 SİYASƏT
-
Sergen Yalçın ilk 11-liyi müəyyənləşdirir
17.04.2026, 18:00 İDMAN
-
Laçında Aqrar Biznes Festivalı keçirilib
17.04.2026, 17:58 İQTİSADİYYAT
-
Hörmüz boğazı açıldı - Neft qiymətləri sürətlə enir
17.04.2026, 17:41 İQTİSADİYYAT
-
AFFA qərar verdi - Daha bir komanda liqadan kənarlaşdırılıb
17.04.2026, 17:40 İDMAN
-
Türkiyədə zəlzələ oldu - 4.1 bal gücündə
17.04.2026, 17:23 GÜNDƏM
-
11 illik buraxılış imtahanının nəticələri elan olundu
17.04.2026, 17:16 GÜNDƏM
-
HÖRMÜZ BOĞAZI AÇILDI – Rəsmi Tehrandan bəyanat
17.04.2026, 17:12 GÜNDƏM
-
Hidayət Heydərov gümüş medal qazandı
17.04.2026, 17:06 İDMAN
-
Dollar neçəyə olacaq? - Mərkəzi Bank 3 günlük məzənnəni açıqladı
17.04.2026, 17:00 İQTİSADİYYAT
-
ƏLİ ƏSƏDOVUN MÜKLƏRİNİN SİYAHISI YAYILDI - Nələr yoxmuş ki? (VİDEO, FOTOLAR)
17.04.2026, 16:59 GÜNDƏM
-
SERİALLARIN SSENARİSİ KÖKÜNDƏN DƏYİŞİR – Məktəblərə hücuma görə
17.04.2026, 16:47 MƏDƏNİYYƏT
-
Aprelin 19-dan yağışlar başlayacaq
17.04.2026, 16:44 GÜNDƏM
-
“Qalatasaray”da seçki: tarix bəlli oldu
17.04.2026, 16:27 İDMAN
-
DEPUTATLAR TOPLANIR: bu qanunlara dəyişiklik ediləcək - SİYAHI
17.04.2026, 16:22 GÜNDƏM