"Bölgədə liderliyi öz üzərinə götürəndə və öz regionuna sahib çıxanda..." - "Regionda üç və çoxtərəfli əməkdaşlıq fayda verə bilər"

\"Bölgədə liderliyi öz üzərinə götürəndə və öz regionuna sahib çıxanda...\" - \"Regionda üç və çoxtərəfli əməkdaşlıq fayda verə bilər\"

SİYASƏT

Bugün, 13:37

"Regionda təkcə ikitərəfli deyil, üç və çoxtərəfli əməkdaşlıq fayda verə bilər".

Mia.az xəbər verir ki, bunu Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Antalya Diplomatiya Forumu çərçivəsində keçirilən "Dəyişən dünyada regional sahibliyin rolu" mövzusunda keçirilən panel sessiyada deyib.

O, Azərbaycanın bölgədə ölkələrin öz nizamını qurmalı olduğuna tərəfdar çıxdığını deyib.

Ermənistan və Azərbaycan arasında münaqişə haqda danışan H.Hacıyev qeyd edib ki, 30 il ərzində Rəsmi Bakıya müxtəlif tərəflərin həll variantları diktə olunurdu: "Bölgədə liderliyi öz üzərinə götürəndə və öz regionuna sahib çıxanda, insan öz düzgün maraqlarını və doğru həll yollarını tapa bilir. Digərləri bizim üçün gündəm yaratmamalıdır. Ortaq məsuliyyətlər var. Bölgəmizdə çoxlu qardaş ölkələr var. İnteqrasiya mütləq olmalıdır".

H.Hacıyev əlavə edib ki, ikitərəfli münasibətlər bölgədə əsas yer tutsa da, üç və çoxtərəfli əməkdaşlıq fayda verə bilər: "Türkiyə və Azərbaycan arasında bu münasibətlər önəmli yerdədir. Azərbaycan-İran, Türkiyə-Azərbaycan-Gürcüstan, Türkiyə-Azərbaycan-İran münasibətlərini də bura daxil edə bilərik".

H.Hacıyev qeyd edib ki, Azərbaycan Xəzər dənizində əldə edəcəyi hidrokarbon enerji imkanlarını bütün regionun faydasına yönəltmək niyyətindədir.

Onun sözlərinə görə, bu yolla həm Türkiyənin, həm Azərbaycanın, həm də region ölkələrinin maraqlarına xidmət etmiş olunacaq: "Hətta belə təşəbbüslərlə regionlararası rifahı da təmin edə bilirik".

***

"Bu gün Cənubi Qafqaz regionu daha sabit və sülhə yaxın bir mərhələyə qədəm qoyub".

Bunu Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Antalya Diplomatiya Forumu çərçivəsində keçirilən "Dəyişən dünyada regional sahibliyin rolu" mövzusunda keçirilən panel sessiyasında deyib.

O bildirib ki, Azərbaycan Ermənistanla münaqişəni həll edib. Hikmət Hacıyev Azərbaycanın öz müstəqilliyini qoruyub sülhü geri gətirdiyini deyib: "Azərbaycan Ermənistanla olan münaqişəni həll etdi, bölgəyə sabitlik gətirdi və öz ərazi bütövlüyünü qorudu. Hazırda sülhün bərqərar olunması istiqamətində mühüm addımlar atılıb. Artıq bu gün Cənubi Qafqaz regionu daha sabit və sülhə yaxın bir mərhələyə qədəm qoyub"

***

"Prezident İlham Əliyevin enerji siyasəti Azərbaycan resurslarının dünya bazarına çıxarılması ilə yanaşı, regionumuzda yeni əməkdaşlıq formatı və platformasını yaradıb".

Bunu Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Antalya Diplomatiya Forumu çərçivəsində jurnalistlərə açıqlamasında deyib.

Onun sözlərinə görə, Azərbaycanın hazırda regionda qurduğu və inkişaf etdirdiyi bağlantılar, bu xüsusda Zəngəzur dəhlizi konsepsiyasının inkişaf etdirilməsi regionda yeni imkanlar vəd edir: "Azərbaycanın təcrübəsində regionda qurulan əməkdaşlıq modeli, eynilə Mərkəzi Asiya ölkələri ilə qurduğu çox sıx əməkdaşlıq və qardaşlıq prinsipi əsasında Azərbaycanın Mərkəzi Asiya Məşvərət Şurasına tamhüquqlu üzvlüyə qəbul edilməsi bir daha Azərbaycanın regional mənsubluq, regional liderlik və regional mənsubiyyət prinsipinə nə dərəcədə sadiq olduğunun bariz göstəricisidir".(Report).

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR