Ermənistan parlamentinin spikeri İstanbulda: "Azərbaycanla sülh möhkəmlənib"

Ermənistan parlamentinin spikeri İstanbulda: \"Azərbaycanla sülh möhkəmlənib\" 

SİYASƏT

16.04.2026, 20:40

"Ötən il əldə edilmiş Vaşinqton razılaşmaları fonunda Ermənistan və Azərbaycan arasında sülhün möhkəmləndirilməsi iki ölkənin xalqları üçün etimada, əməkdaşlığa və real tərəqqiyə yol açan tarixi addımdır".

Mia.az Report-a istinadla xəbər verir ki, bu barədə Ermənistan parlamentinin sədri Alen Simonyan İstanbulda Parlamentlərarası İttifaqın 152-ci sessiyasında bildirib.

"İstanbulda 152-ci assambleyanın sessiyasında "Sülhü təmin edərək və gələcək nəsillər üçün ədalətə zəmanət verərək" mövzusunda çıxış etdim. 2025-ci il razılaşmasından sonra Azərbaycanla sülh möhkəmlənib, xalqlarımız üçün etimada, əməkdaşlığa və real tərəqqiyə yol açan tarixi addım atılıb", - Ermənistan parlamentinin spikeri "X" sosial şəbəkəsində yazıb.

Onun sözlərinə görə, İrəvan Bakı ilə sülhün möhkəmləndirilməsinə, dialoqun irəliləməsinə və onun real imkanlara çevrilməsinə sadiqdir.

"Biz regional tərəfdaşlıqları, o cümlədən Türkiyə ilə sabitliyin, qarşılıqlı bağlılığın və ümumi rifahın üstünlük təşkil edəcəyi bir gələcək qurmağa hazırıq", - Simonyan yekunlaşdırıb.

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR