Azərbaycan və Rusiya Hökumətlərarası Dövlət Komissiyası toplandı - Zəngilanda nələr müzakirə olunub? (YENİLƏNİB)
GÜNDƏM
Bugün, 17:15
Bu gün Zəngilan şəhərində Azərbaycan və Rusiya arasında iqtisadi əməkdaşlıq məsələləri üzrə Hökümətlərarası Dövlət Komissiyasının 24-cü iclası keçirilib.
Mia.az xəbər verir ki, Hökumətlərarası Komissiyanın Azərbaycan tərəfdən sədri, Baş nazirin müavini Şahin Mustafayev və Rusiya tərəfdən sədri, federal hökumətin sədr müavini Aleksey Overçukun sədrliyi ilə keçirilən iclasda hər iki ölkənin müvafiq dövlət strukturlarının rəhbərləri və səlahiyyətli nümayəndələri iştirak ediblər.
Ş.Mustafayev çıxış edərək işğaldan azad edilmiş ərazilərdə həyata keçirilən genişmiqyaslı bərpa və yenidənqurma işləri barədə ətraflı məlumat verib, bildirib ki, işğal dövründə tamamilə dağıdılmış infrastruktur hazırda müasir standartlara uyğun şəkildə bərpa olunur, yollar, körpülər, tunellər, inşa edilir, yaşayış və sosial obyektlər yaradılır.
Onun sözlərinə görə, Azərbaycan Rusiya ilə münasibətdə mehriban qonşuluq, qarşılıqlı anlaşma və bərabərhüquqlu tərəfdaşlıq prinsiplərinə sadiqdir.
Qeyd olunub ki, ikitərəfli əməkdaşlığın ardıcıl, dinamik inkişafı Azərbaycan və Rusiya prezidentləri İlham Əliyev və Vladimir Putinin həyata keçirdiyi siyasi iradə və strateji kursla müəyyən olunur. Xüsusilə 2022-ci ildə imzalanmış müttəfiqlik qarşılıqlı fəaliyyəti haqqında Bəyannamənin ikitərəfli münasibətlərə mühüm impuls verdiyi vurğulanıb.
Ş.Mustafayev Azərbaycan və Rusiya prezidentlərinin ötən ilin oktyabrında Düşənbədə keçirilmiş görüşünün ikitərəfli əməkdaşlıqla yeni mərhələnin əsasını qoyduğunu, mart ayında Bakıda baş tutmuş yüksək səviyyəli təmasların isə praktik nəticələr verdiyini bildirib. O, mürəkkəb regional şəraitə baxmayaraq, əməkdaşlığın davamlı inkişaf etdiyini xüsusi qeyd edib.
Çıxışda Azərbaycanın regional sabitliyə, humanitar əməkdaşlığa verdiyi töhfələrə toxunaraq, İran ərazisindən Rusiya vətəndaşlarının təxliyəsində göstərilən operativ dəstək, eləcə də Rusiya humanitar yardımının Azərbaycan ərazisindən tranziti üçün yaradılan şərait vurğulanıb. Bildirilib ki, "Şimal-Cənub" Beynəlxalq Nəqliyyat Dəhlizi mövcud mürəkkəb geosiyasi şəraitdə də etibarlı və fasiləsiz fəaliyyət göstərərək öz rəqabətqabiliyyətini sübut edib.
İqtisadi məsələlərə toxunan Ş.Mustafayev qeyd edib ki, Prezident İlham Əliyevin təşəbbüsü ilə Azərbaycan ərazisindən müxtəlif istiqamətlərən, o cümlədən Rusiyadan Ermənistana yüklərin daşınması ilə bağlı məhudiyyətlərin aradan qaldırılması regionda etimadın möhkəmləndirilməsinə və nəqliyyat-logistika əməkdaşlığının genişlənməsinə xidmət edir. Hazırda Azərbaycan ərazisindən tranzitlə Ermənistana təxminən 26 min ton yük daşınıb.
Kənd təsərrüfatı məhsulları üzrə ticarətin xüsusi əhəmiyyət daşıdığı vurğulanıb. Qeyd edilib ki, Rusiya bazarı Azərbaycan qeyri-neft ixracının əsas istiqamətlərindən biri olaraq qalır.
Ş.Mustafayev vurğulayıb ki, Azərbaycan-Rusiya münasibətlərinin əsas istiqamətlərindən biri ticarət-iqtisadi əməkdaşlıqdır. Onun sözlərinə görə, 2025-ci ildə iki ölkə arasında ticarət dövriyyəsinin dəyəri 4,9 milyard ABŞ dollarına çatıb. Çıxışda investisiya əməkdaşlığının müsbət dinamikası xüsusi qeyd edilib. Bildirilib ki, Rusiyanın Azərbaycana yatırdığı ümumi investisiyaların məbləği 10,5 milyard ABŞ dollarını, o cümlədən qeyri-neft sektorunda 2,9 milyard dolları ötüb. İnvestisiya əməkdaşlığı müsbət dinamika nümayiş etdirir və Azərbaycanda 1400-dən çox Rusiya şirkəti fəaliyyət göstərir.
Eyni zamanda, Azərbaycan investisiyalarının da Rusiya iqtisadiyyatında mövqelərinin möhkəmləndiyi, sanatoriya, sənaye və istehsal layihələrinin uğurla icra olunduğu bildirilib.
Ş.Mustafayev nəqliyyat-logistika sahəsini əməkdaşlığın prioritet istiqamətlərindən biri kimi dəyərləndirib. Xüsusilə "Şimal-Cənub" Beynəlxalq Nəqliyyat Dəhlizinin inkişafının strateji əhəmiyyəti vurğulanıb, dəhliz üzrə infrastrukturun modernləşdirilməsi və rəqəmsallaşdırmanın yükdaşımaların həcmini əhəmiyyətli dərəcədə artıracağı qeyd olunub. Bildirilib ki, 2028-ci ildən etibarən Azərbaycan ərazisindən illik daşımaların həcmi azı 5 milyon ton, sonrakı mərhələdə isə 15 milyon ton səviyyəsinə çatdırılacaq.
Ş.Mustafayev Araz vadisi iqtisadi zonasında "Kamaz" servis mərkəzinin, Qubadlının Mahruzlu kəndində Həştərxan qubernatorluğu tərəfrindən uşaq bağçasının tikintisini yüksək qiymətləndirib və Rusiya tərəfinə təşəkkür edib.
A.Overçuk Azərbaycan-Rusiya əməkdaşlığının strateji xarakter daşıdığını qeyd edib. O, nəqliyyat-logistika, sənaye və aqrar sahələrinin əsas prioritetlər olduğunu bildirib, "Şimal-Cənub" Beynəlxalq Nəqliyyat Dəhlizinin inkişafının regional və beynəlxalq ticarət əlaqələrinin genişlənməsində mühüm rol oynadığını vurğulayıb. Overçuk Zəngilanda aparılan bərpa işlərini yüksək qiymətləndirərək, bu ərazilərin birgə layihələr üçün yeni imkanlar yaratdığını qeyd edib.
İclas zamanı tərəflər ticarət, investisiya, maliyyə, nəqliyyat, kənd təsərrüfatı, energetika, turizm və humanitar sahələr üzrə əməkdaşlığın mövcud vəziyyətini və perspektivlərini müzakirə edib, qarşılıqlı maraq doğuran məsələlər üzrə koordinasiyanın gücləndirilməsinin vacibliyini qeyd ediblər.
A.Overçuk Rusiyanın İrana göndərdiyi humanitar yardımın Azərbaycan ərazisindən keçərək ünvana çatdırılmasında göstərdiyi yardıma görə təşəkkürünü bildirib.
Sonda Azərbaycan-Rusiya münasibətlərinin qarşılıqlı hörmət, etimad və tərəfdaşlıq prinsipləri əsasında inkişaf etdiriləcəyi, əldə olunmuş razılaşmaların ardıcıl şəkildə icrasının davam etdiriləcəyi vurğulanıb.
İclasın yekunlarına dair Ş.Mustafayev və A.Overçuk iclasın Protokolunu imzalayıblar.
Zəngilan səfəri çərçivəsində Azərbaycan–Rusiya iqtisadi əməkdaşlıq məsələləri üzrə Dövlət Komissiyasının 24-cü iclasının iştirakçıları Zəngilan şəhərində, Ağalı kəndində olublar, Ağbənd avtomobil körpüsü, Horadiz–Ağbənd dəmir yolu layihəsi, habelə sərhəd-keçid məntəqəsinin infrastrukturunun tikintisi ilə tanış olublar. Qeyd edilib ki, Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd avtomobil yolu "Şimal–Cənub" Beynəlxalq Nəqliyyat Dəhlizinin yeni qolunun əsas komponenti, Horadiz–Ağbənd dəmir yolu Zəngəzur dəhlizinin mühüm həlqəsini formalaşdıracaq.
***
Bu gün Zəngilan şəhərində Azərbaycan və Rusiya arasında iqtisadi əməkdaşlıq məsələləri üzrə Hökumətlərarası Dövlət Komissiyasının 24-cü iclası keçirilir.
Mia.az xəbər verir ki, iclas çərçivəsində iki ölkə arasında ticarət-iqtisadi əlaqələrin mövcud vəziyyəti və inkişaf perspektivlərinin müzakirəsi nəzərdə tutulur.
Görüşdə ticarət dövriyyəsinin artırılması, sənaye kooperasiyası, nəqliyyat-logistika, energetika, kənd təsərrüfatı və digər sahələrdə əməkdaşlığın genişləndirilməsi məsələləri əsas müzakirə mövzuları olacaq.
Hökumətlərarası Dövlət Komissiyasının həmsədrləri Azərbaycan və Rusiyanın baş nazirlərinin müavinləri Şahin Mustafayev və Aleksey Overçukdur.
Bununla yanaşı, "Şimal-Cənub" Beynəlxalq Nəqliyyat Dəhlizi üzrə əməkdaşlığın inkişafı, tranzit imkanlarının artırılması və regional layihələrdə qarşılıqlı iştirak məsələlərinin də gündəlikdə yer alacağı gözlənilir.
İclasın yekununda tərəflər arasında iqtisadi əməkdaşlığın müxtəlif istiqamətlərini əhatə edən sənədlərin imzalanması planlaşdırılır.
Komissiyanın 23-cü iclası 2025-ci il avqust 22-də Rusiyanın Həştərxan şəhərində keçirilib.
Dİgər xəbərlər
SON XƏBƏRLƏR
-
Kamran Əsədovun məhkəməsində şahidlər dindirilib
Bugün, 18:02 KRİMİNAL
-
Türkiyə yeni komando birlikləri yaradır: "Daha çevik, daha sürətli..."
Bugün, 17:38 GÜNDƏM
-
Azərbaycan və Rusiya Hökumətlərarası Dövlət Komissiyası toplandı - Zəngilanda nələr müzakirə olunub? (YENİLƏNİB)
Bugün, 17:15 GÜNDƏM
-
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi məlumat yayıb
Bugün, 17:10 İQTİSADİYYAT
-
Müslüm Cabbarzadə nazir müavini təyin olunub - Sərəncam
Bugün, 17:07 CƏMİYYƏT
-
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Bugün, 17:00 İQTİSADİYYAT
-
Ermənistandan Azərbaycana nə gəlir? - Gömrükdən açıqlama
Bugün, 16:54 İQTİSADİYYAT
-
Onlara vəzifələr verildi - Agentlikdə yeni təyinatlar + FOTO
Bugün, 16:36 CƏMİYYƏT
-
İnsan niyə pis hadisələri daha tez xatırlayır? - Psixoloq Vüsalə Rüstəmdən açıqlamalar
Bugün, 16:25 CƏMİYYƏT
-
Sahibə Qafarova Matviyenko ilə görüşdü - İstanbulda
Bugün, 16:22 SİYASƏT
-
"Azərkosmos"la bağlı qərar verildi
Bugün, 16:07 İQTİSADİYYAT
-
Ərdoğan Matviyenkonu qəbul etdi – Türkiyədə + FOTO
Bugün, 15:55 GÜNDƏM
-
“Sumqayıt”da radikal qərar: futbolçuların maaşı kəsildi
Bugün, 15:49 İDMAN
-
ABŞ SURİYADAN RƏSMƏN ÇƏKİLDİ – Son hərbi baza da İraqa köçürüldü
Bugün, 15:35 GÜNDƏM
-
“Space”də aparıcı ilə icraçı direktor arasında - QALMAQAL
Bugün, 15:27 PRESS
-
Azərbaycan Rusiya ilə yeni sənədlər imzalayıb
Bugün, 15:24 GÜNDƏM
-
Deputata "Şöhrət" ordeni verildi - Sərəncam
Bugün, 15:22 GÜNDƏM
-
Şahin Mustafayev: "Biz Rusiya ilə münasibətlərdə bərabərhüquqlu tərəfdaşlıq prinsiplərinə sadiqik"
Bugün, 15:02 SİYASƏT
-
İlham Əliyev və birinci xanım Türkiyədə - FOTOLAR
Bugün, 14:54 GÜNDƏM
-
Məşhur aktrisa ifşa oldu: günü 7500 manata fahişəlik, yoxsa… - Mesajlar yayıldı
Bugün, 14:40 ŞOU-BİZNES
-
May ayında neçə gün iş olmayacaq?
Bugün, 14:28 CƏMİYYƏT
-
Dövlət Baxçalı daha bir təşkilatı ləğv etdi - Səbəb izah edilməyib
Bugün, 14:12 SİYASƏT
-
Türkiyə–İsrail qarşıdurması böyüyür: ABŞ və NATO dilemma qarşısında - TƏHLİL
Bugün, 14:07 SİYASƏT
-
Xaricdə oxuyan 255 nəfərin diplomu tanınmadı
Bugün, 14:03 GÜNDƏM
-
Milli Məclislə Mərakeş Müşavirlər Palatası arasında Anlaşma Memorandumu imzalanıb
Bugün, 13:47 SİYASƏT
-
Pakistan XİN: “ABŞ və İran danışıqlara hazırdırlar, lakin…”
Bugün, 13:09 GÜNDƏM
-
"Azərbaycanla Ermənistan arasında ticarətin birdən-birə bərpasını gözləmək düzgün deyil, lakin..." - TƏHLİL
Bugün, 12:48 İQTİSADİYYAT
-
Sabah hava necə olacaq? - Proqnoz
Bugün, 12:37 CƏMİYYƏT
-
“Bavariya”nın qolkiperi: “Arda Gülər istedadlı futbolçudur”
Bugün, 12:21 İDMAN
-
Türkiyədə bir partiya dağıldı – Məhkəmə ləğv qərarını təsdiqlədi
Bugün, 12:10 SİYASƏT
-
İsrail təsdiqlədi: Livan lideri ilə telefon danışığı olacaq!
Bugün, 12:00 GÜNDƏM
-
Rövşən Nəcəf Dövlət Departamentinin baş müşaviri ilə müzakirə apardı
Bugün, 11:57 İQTİSADİYYAT
-
Daha bir azərbaycanlı Türkiyədən ekstradisiya ediləcək
Bugün, 11:44 KRİMİNAL
-
Departament direktoru telekanal rəhbəri oldu - Teymur Əsgərzadə getdi, Əlibaba Əliyev gəldi
Bugün, 11:39 PRESS