"Müddəti bitmiş məhsul vitrində saxlanılıb - "Tamstore"dan şikayət + AÇIQLAMA

\"Müddəti bitmiş məhsul vitrində saxlanılıb - \"Tamstore\"dan şikayət + AÇIQLAMA

İQTİSADİYYAT

Bugün, 14:35

Bakıda supermarketdə satışda olan vaxtı keçmiş kolbasalar müştərinin narazılığına səbəb olub.

 Bununla bağlı sosial şəbəkələrdə paylaşım edilib.

 Qeyd olunub ki, "Tamstore" marketlər şəbəkəsinə məxsus mağazalardan birində kolbasa məhsulunun saxlanma müddəti bitsə də, vitrindən yığışdırılmayıb.

Oxu.Az-ın sorğusuna cavab olaraq "Tamstore" marketlər şəbəkəsindən bildirilib ki, məsələ araşdırılır.

 "Sosial şəbəkələrdə yayılan və mağazamızda vaxtı keçmiş məhsulun aşkarlanmasını əks etdirən görüntülər və məhsulun rəfdən vaxtında çıxarılmamasına səbəb olan texniki və ya insani xətanın kökü tərəfimizdən araşdırılır. Biz mağazalarımızda hər gün minlərlə məhsulun - ələlxüsus da rəf ömrü qısa olan ət məhsulları və süd məhsullarının son istifadə tarixinə nəzarət edirik. Bu proses sərt daxili keyfiyyət standartları ilə tənzimlənir. Çünki marketlər şəbəkəmiz müştərilərə tam təzə, keyfiyyətli və istehlaka uyğun məhsulların satışını təməl prinsip kimi prioritet hesab edir.

 Müştərimizin göstərdiyi diqqətə görə təşəkkür edirik. Biz hər bir rəyi xidmət keyfiyyətimizi artırmaq üçün bir fürsət kimi qiymətləndiririk. Araşdırmanın nəticələri barədə daxili prosedurlarımıza uyğun olaraq lazımi qərarlar veriləcək. Qeyd edək ki, bu kimi hallar zamanı atılacaq addımlar üçün müştəri hüquqları və müştərilərlə davranış kodeksi kitab halında ilk dəfə "Tamstore" marketlər şəbəkəsi tərəfindən hazırlanıb. Müntəzəm olaraq əməkdaşlarımızla bu qaydalar üzərindən kommunikasiya qurur, insanyönümlü xətaları minimuma endirməyə çalışırıq", - deyə marketlər şəbəkəsindən bildirilib.

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR